“Yurd” lideri müxalifətin birliyini əngəlləmək üçün bütün gücünü işə salıb\\Azərbaycanın siyasi həyatı üçün 2018-ci il həssas olacaq. Gələn il Azərbaycan xalqı növbəti 7 il üçün öz prezidentini seçəcək. Bu, ölkənin müxalif düşərgəsinin özünü göstərməsi üçün də xüsusi əhəmiyyət daşıyır.Lakin bu düşərgəyə birbaşa aidiyyatı olan və ya özünü bu sıraya aid etməyə çalışan siyasi qüvvələrin və “siyasi qüvvə” adlanacaq şəxslər, partiyalar və digər təşkilatların hamısı belə düşünmürlər.\\Bir sıra siyasi partiyalar artıq seçkilərdə iştirak edəcəklərini açıqlasalar da, “Yurd” təşkilatının sədri Əli Kərimli və ənənəvi müxalifətin digər partiyaları artıq bəribaşdan pozuculuq işinə start veriblər.Hələ seçkilərə uzun müddət qalmasına baxmayaraq, Əli Kərimli prosesin növbəti dəfə hakimiyyət tərəfindən saxtalaşdırılacağını əsas gətirərək, seçkiləri boykot etməyə çağırıb.“Yurd” sədrinin səsləndirdiyi fikirlər və son dönəm fəaliyyətindən çıxan məntiq budur ki, o və qrupu bacardıqca digər siyasi qurumları və xalqı seçkilərdə iştirakdan kənarda saxlamaq, əslində bununla da iqtidara xidmət etmək niyyəti güdür.Yəni, cəmiyyətdə fikir birliyini pozmağa cəhdlə növbəti dəfə hakimiyyətin növbəti dəfə seçkiləri udmasına şərait yaratmağa çalışır.Seçkilərə inamı qırmağa çalışan Əli Kərimlinin bu niyyəti ilə öz məqsədini güdür.Təbii ki, Kərimli bunun müqabilində hakimiyyətdən nəsə qarşılıq almağa çalışır.\\Hakimiyyətə mesaj\\ABŞ-ın maliyyə fondlarından birindən (bunun Soros Fondu olduğu deyilir) adına ayrılmış qarantın “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid tərəfindən mənimsənilməsi də göstərdi ki, Əli Kərimlinin əsas fəaliyyəti pul qazanmaqdır, xalqın problemləri və siyasət yox. Bu, həmin pullar idi ki, Soros Fondu bu vəsaiti Əli Kərimliyə “Azadlıq” qəzetinin fəaliyyətinin bərpası üçün ayırmışdı.Amma Qənimət Zahid vaxtında həmin təşkilatı başa saldı ki, “Yurd” sədri bu pulları qəzetə xərləməyəcək, heç kəsə bir qəpik vermədən öz məqsədləri və şəxsi istəkləri üçün xərcləyəcək.Elə gələn ilki seçkilər də Əli Kərimli üçün qazanc gətirəcək mənbələrdən hesab olunur. O, başa düşür ki, araşdırmaçı jurnalist Xədicə İsmayıl və Qənimət Zahidin Avropa və ABŞ-ın maliyyə fondlarına “Əli Kərimli hakimiyyətə işləyir” xəbərdarlığından sonra ona Qərbdən bir də qrant ayırmayacaq. Buna görə də gəlirlərini stabil saxlamaq üçün seçki məsələsini ortaya atıb və hakimiyyətlə anlaşmağın yollarını axtarır.Bu, hakimiyyətə xəbərdarlıqdır ki, seçkilər ərəfəsində müxalif düşərgədə pozuculuq işinin həyata keçirilməsinə hazırdır.\\Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, 2013-cü il seçkilərində Milli Şura ilə bu işi hakimiyyətin leyhinə uğurla həyata keçirib. Məhz bu layihədən həm Rusiya, həm də hakimiyyət dairələrindən alınan külli miqdarda pullar var idi ki, bunların bölüşdürülməsi məsələsində Milli Şura üzvləri ilə Əli Kərimli arasında narazılıq yarandı və birlik dağıldı.\\Əli Qərbdən üzülən Əli\\Hakimiyyətin 2018-ci il seçkilərində maneəsiz mübarizə aparması üçün “Yurd” sədri aldığı tapşırıqlar üzərindən maksimum çalışacaq ki, cəmiyyət və müxalifətin bu prosesdə iştirakı aşağı səviyyədə olsun. Əgər müxalifət yekdilliklə boykota gedəcəksə və bu, cəmiyyətdə inamı qıracaqsa, bu zaman seçkilərin nəticələriylə bağlı həm daxildən, həm də xaricdən iqtidara edilən təzyiqlər azalacaq.\\Əvvəlki prinsiplərə uyğun olaraq, seçkilərlə bağlı daxildə yaradılan narazılığın qarşısının alınması üçün Əli Kərimli Bakı meriyasından “Məhsul” stadionunda mitinqlərin təşkilini istəyəcək.Meriya da təbii ki, buna “yox” deməyəcək.Çünki hakimiyyətə lazımdır ki, seçkilərdən sonrakı həssas məqamda nəticələrə etiraz edənlər olmasın.Bu zaman da Əli Kərimlinin uğursuz mitinq siyasətinə ehtiyac duyulacaq.Yəni, əli Qərbdən tamamilə üzülmüş Əli Kərimli növbəti dəfə özünü tamamilə hakimiyyətin qucağına atmağa hazırlaşır.\\Əfqan Ədilov\Cebhe.info
- Ana səhifə
- Siyasət
- Əli Kərimlinin 2018-ci il üçün pozuculuq planı
Əli Kərimlinin 2018-ci il üçün pozuculuq planı
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi