\\Nazirin “erməni damarı” tutdu\\Mübariz Əhmədoğlu: “Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmadan statusun müəyyən olunması mümkün deyil”\\Elxan Şahinoğlu: “Lavrov demək istəyir ki, Azərbaycan müharibəyə başlamayacağına təminat verməlidir”\usiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı keçirib. Tədbirdə rusiyalı nazir Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsindən danışıb. Münaqişənin həlliylə bağlı suala Lavrov belə cavab verib: “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.\\Analitiklər Lavrovun açıqlamasını birmənalı qarşılamır, bunun arxasında Rusiyanın münaqişənin həlli ilə bağlı nəzərdə tutduğu yeni mexanizmin olduğunu istisna etmirlər. Açıqlamadan yaranan ilkin ehtimal budur ki, Kreml münaqişənin mərhələli həll variantını dəstəkləyir. Yəni, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, bundan sonra Qarabağın statusunun müəyyən olunması mərhələsi başlayır. Lakin Ermənistan və Azərbaycan bu günədək bu detal üzərində anlaşa bilməyib. Rusiya KİV-ləri isə bu yöndə rəsmi Moskvanın yeni həll mexanizmi hazırladığını və yaxın vaxtlarda münaqişə tərəflərinin birgə iştirakıyla keçiriləcək görüşdə təqdim olunacağını bildirirlər.\\“Lavrov yeni mexanizmi açıqlayacaq”\\Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Cümhuriyət”ə deyib ki, Lavrovun bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət qədər iri addımdır. Lavrovun erməni mənşəli olduğuna diqqət çəkən M.Əhmədoğlunun sözlərinə görə, əgər o, ətraf rayonları “işğal olunmuş ərazilər” adlandırırsa, biz buna xüsusi diqqət ayırmalıyıq: “Qaldı ki, Dağlıq Qarabağın aralıq statusunun müəyyən olunması, ətraf rayonların ilkin mərhələdə qaytarılması məsələsinə, burada elə bir yeni məsələ yoxdur. Ermənistanın özü Dağlıq Qarabağa statusun verilməsinə imkan vermir. Statusun müəyyən olunmasıyla bağlı Ermənistanın ortaya qoyduğu variant yenilənmiş “Madrid prinsipləri” və prezidentlərin görüşlərində imzalanmış 5 bəyanata ziddir. Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmadan statusun müəyyən olunması mümkün deyil. Statusun müəyyən olunmasının birinci şərti - aralıq statusun müəyyən olunmasıdır. Bu o deməkdir ki, Dağlıq Qarabağ azərbaycanlıları bu bölgəyə qayıdırlar, müəyyən müddət burada ermənilərlə birlikdə yaşayırlar və birgəyaşayışı əldə etdikdən sonra ermənilər və azərbaycanlılar birlikdə statusu müəyyən edirlər. Ermənistan bu günədək buna imkan verməyib”. Politoloq hesab edir ki, Lavrov əsasən Ermənistanın üzərində diqqəti cəmləməyə çalışır: “Onun “işğal olunmuş ərazilər” terminini işlətməsi Ermənistana təzyiqdir. Həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini dilə gətirməsi də Ermənistana təzyiqdir. Amma açıqlamasında ermənilərin vəziyyətini də yüngülləşdirməyə çalışıb. Lavrov açıq şəkildə bildirməliydi ki, status hansı formada müəyyən olunmalıdır. Əminəm ki, yaxın vaxtlarda Lavrov statusun hansı formada müəyyən olunması mexanizmini də açıqlayacaq. Proseslər buna doğru inkişaf edir”.\\“Azərbaycanın maraqlarına ziddir”\\“Cümhuriyət”in xəbərinə görə, Lavrovun açıqlamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, rusiyalı nazirin bu fikirlərinin arxasında Kremlin bu günədək dilə gətirmədiyi məqamlar dayanır. Lakin E.Şahinoğlu bunun Azərbaycanın maraqlarına zidd olduğunu diqqətə çatdırıb: “Türklər demişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nəhayət ağzındakı “bakla”nı çıxartdı. Başqa sözlə, Lavrov demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın. Bu cür həll bizə lazım deyil, Lavrovun dedikləri Dağlıq Qarabağın “müstəqilliyinə” yol açır. Lavrov sadəcə ermənilərin dediyini təkrarlayıb və İrəvanın çox çalışdığı “paket həll” variantını tələffüz edib. Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək”.\\Mənsur Rəğbətoğlu
- Ana səhifə
- Siyasət
- Lavrov Qarabağın “müstəqilliyinə” yol açır
Lavrov Qarabağın “müstəqilliyinə” yol açır
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi