Yuxarı

AXCP sədrindən İsa Qəmbərə dəstək

AXCP sədrindən İsa Qəmbərə dəstək

 Fevralın 2-də bir qrup gənc Müsavat Partiyası qərargahının qarşısında etiraz aksiyası keçirib. Hakim Yeni Azərbaycan Partiyasına (YAP) yaxın olduğu bildirilən gənclər partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin ünvanına nalayiq ifadələr işlədib, şüarlar səsləndiriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev aksiyanı pisləyib.Cebhe.info xəbər verir ki, AXCP sədri Facebook səhifəsində bu barədə yazıb:  “İsa Qəmbər siyasətçidir və müxalifətdir. Prezident səlahiyyətlərini icra etmiş, prezident seçkilərində iştirak etmiş şəxsdir. “Azadlıq” radiosuna müxalifətçi kimi mövqeyini bildirib, təbii ki, hakimiyyət nümayəndələrinin də ondan YAP-a tərif deyəcəyi, referendumu dəstəkləyəcəyi gözləntisi də ola bilməzdi. Bəs onda bu gün ona qarşı etiraz aksiyası keçirmək kimə və nəyə lazım idi?”Razi Nurullayev hakimiyyəti bu cür metodlardan çəkinməyə çağırıb: “Heç zaman bu hakimiyyəti başa düşməyə çalışmamışam və çalışmıram da. Çünki, onlar heç nəyi planlı etmirlər, bəzi başabəla müxalifət kimi gündəmlə və maksimum sabaha olan planla yaşayırlar. İsa Qəmbərə də hücumu elə yəqin bu gün tezdən fikirləşib tapıblar. İsa Qəmbərə olan bu aksiyanı pisləyirəm və hakimiyyəti bu cür fəaliyyətlərdən əl çəkməyə səsləyirəm. Bu cür mənasız və plansız, ziyanlı işlərdən çəkinin”.Cebhe.info





Həftənin ən çox oxunanları