Yuxarı

Pulsuz müxalifətin hakimiyyət savaşı

Pulsuz müxalifətin hakimiyyət savaşı

Sərdar Cəlaloğlu: “Maliyyə durumumuz kritikdir”Əli Əliyev: “Maliyyə durumumuz da millətin vəziyyətinə uyğundur”Rafiq Daşdəmirli: “Ciddi maliyyə çətinliyimiz var və fədakarlıq hesabına fəaliyyət göstəririk”Xəzər Teyyublu: “Üzvlük haqqı da yığa bilmirik”Əli Orucov: “Üzvlük haqqı hesabına müəyyən texniki işləri görmək olur”Razim Əmiraslanov: “Kənar yerdən maliyyə almırıq”Azərbaycanda siyasi qüvvələr necə maliyyələşir? Əslində bu sual ətrafında müxtəlif fərziyyələr irəli sürmək olar. Bir sıra ənənəvi müxalifət partiyalarının mənşəyi məlum olmayan xarici təşkilatlardan maliyyələşdiyi kiməsə sirr deyil.  Özəlliklə “Yurd” sədri Əli Kərimli haqqında zaman-zaman bu iddia səslənib.“Yurd” şefi  haqqında deyilənləri inkar etsə də, onun mühacir biznesindən, xarici qüvvələrin maraqlarına xidmətindən dolayı əldə etdiyi külli miqdarda vəsaitlər sübutlarla ictimaiyyətə təqdim edilib. Artıq hər kəs bilir ki, “Əli Kərimli dəyirmanı”nın suyu haradan gəlir. Maraqlıdır ki, “Yurd” sədri bu günə təqdim etdiyi hesabatlarda heç bir yerdən maliyyə, ianə almadığını göstərir. Ancaq Əli Kərimlinin şübhəli fəaliyyəti, siyasi məhbuslar üzərindən “qrant” adı altında külli miqdarda pul alması sirr deyil. “Yurd”la yanaşı digər siyasi qüvvələr haqqında da bu cür fikirlər zaman-zaman gündəmə gəlib. Ancaq “Yurd”dan fərqli olaraq digər siyasi qurumlar haqqında səslənən fikirlər sadəcə iddiadır və sübuta yetirilməyib.Son günlər xarici dövlətlərdən, daha dəqiq desən İran tərəfindən maliyyəşdiyi iddia olunaraq Respublikaçı Alternativ (REAL) təşkilatının İdarə Heyətinin üzvləri prokurorluğa çağırılaraq izahatları alındı. Artıq bununla bağlı araşdırma getdiyi deyilir. Xatırladaq ki, bir müddət öncə də REAL təşkiltının ABŞ və Böyük Britaniyadan maliyyələşdirildiyi iddia olunurdu.Mövzunun aktuallığını nəzərə alaraq siyasi partiyaların maliyyə durumunu onların özləri ilə araşdırmağa çalışdıq. Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələr necə maliyyələşir və onların maliyyə durumu necədir?Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, partiyası nə dövlətdən, nə də bir başqa yerdən maliyyə almır:  “Üzvlərimizin də əksəriyyəti işsizdir. Üzvlük haqlarının da rayon təşkilatlarının inkişafına ayrılması barədə qərar qəbul etmişik. Maliyyə durumumuz çox kritikdir”.Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də heç bir yerdən maliyyə almadıqlarını deyib. Əli Əliyev  əlavə edib ki, VİP fəaliyyəti üçün lazım olan vəsaiti tapa bilir:  “Biz heç yerdən maliyyə almayan siyasi təşkilatlardanıq. Kimsə hökumətdən rəsmi və ya qeyri-rəsmi vəsait aldığımızı iddia edə bilməz. Bununla yanaşı biz heç bir beynəlxalq təşkilatdan da qrant almamışıq. Ona görə də biz millətin partiyasıyıq və maliyyə durumumuz da millətin vəziyyətinə uyğundur. İnsanların bu ağır vəziyyətində yaşam şərtlərini üzlük haqqıyla daha da çətinləşdirə bilmərik. Amma hər halda mövcudluğumuz üçün lazım olan vəsaiti tapa bilirik”.Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclsinin sədri Rafiq Daşdəmirli deyib ki, AXCP heç bir yerdən maliyyə almır: “Partiya üzvlərinin və təəssübkeşlərinin, yaxın dostların köməkliyi ilə ayaq üstündə qalır. Təbii ki, ciddi maliyyə çətinliyimiz var və bu da bizə planlaşdırdığımız bir çox məsələləri həll etməyə imkan vermir. Fədakarlıq hesabına fəaliyyət göstəririk. Əslində, partiyaya kömək edənləri tapmaq olar. Bu,  çətin deyil. Lakin, onlar hakimiyyətin qəzəbindən qorxduqlarına görə bizə yaxınlaşmaq istəmirlər. Görünən həqiqət də var ki, ən çox təqibə məruz qaldığını iddia edən məlum bir qrup maliyyə vəziyyətinə görə digər siyasi qüvvələrlə müqayisə edilməyəcək qədər üstündür. Lakin səs-küyləri dünyanın başına götürüb. Söhbət “Yurd”dan gedir. Əslində onların maliyyə problemləri yoxdur. Bəs onu necə əldə edirlər? Danılmayan məsələdir ki, hakimiyyətin içindən çıxan vəzifəli şəxslər və  xarici donorlar onlara yardım edirlər. Bizim kimi partiyalar, həqiqi müxalifət isə çətin durumdadır. Hesab edirəm ki, siyasi partiyalar dövlət büdcəsi tərəfindən maliyyəlışdirilməlidir. Çünki siyasi partiyalar dövlətin bir qoludur və bunu belə qəbul etmək lazımdır. Hökumətlə maraqlarımız üst-üstə düşməsə də, hakimiyyətə müxalifət olsaq da, dövlət hamımızındır. Təəssüf ki, hakimiyyət bunu nəzərə almır”.Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu təmsil etdiyi partiyanın maliyyə durumunun acınacaqlı olduğunu deyib: “KXCP-nin nə maliyyəsi var, nə də hardansa maliyyələşir. Partiyanın maliyyə durumu olduqca ağırdır. Üzvlərimizin də sosial vəziyyəti ağır olduğundan üzvlük haqqı ala bilmirik. Bununla bağlı hökumətə verdiyimiz hesabatlarda da sıfır göstərilir”. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, təmsil etdiyi partiya  dövlət büdcəsindən maliyyələşmir: “Amma qanunvericilikdə qadağan olunmayan maliyyə mənbələri var. Amma o maliyyə mənbələri də bu gün çəkinirlər, partiyalarla birgə adının çəkilməsini istəmir. Təzyiqlərdən qorxduqları üçün heç bir partiyaya dəstək olmurlar. Bu gün iqtisadi durum o həddədir ki, hər kəs ilk növbədə öz ailəsini düşünür. Bu baxımdan təbii ki, çətinliklər var, amma partiyaların üzvlərindən yığılan üzvlük haqqı hesabına müəyyən texniki işləri görmək olur. Amma partiyanın mərkəzi aparatında işləyən şəxslər könüllülük əsasında fəaliyyət göstərirlər. Yəni, partiya onların daimi iş yeri deyil”.Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı da həmçinin bildirib ki, təmsil etdiyi partiya  heç bir yerdən maliyyə almır: “Bəlkə də bu partiya yeganə siyasi qurumdur ki, maliyyə durumu çox acınacaqlıdır. Qərargahın kommunal xərcləri üzlük haqqı ilə ödənilir. Başqa yerdən bizə heç bir maliyyə gəlmir”.Vilayət Muxtar 





Həftənin ən çox oxunanları