Yuxarı

AXCP-nin “Soyqırım parkı” ideyasına dəstək

AXCP-nin  “Soyqırım parkı”  ideyasına dəstək

 Əli Orucov: “Soyqırım muzeyi yaradılmalıdır”Vüsal Qarayev: “Soyqırım parkı”nın ziyarətini rəsmi  protokola salmaq da yaxşı  olardı”Əsrin faciəsi-Xocalı soyqırımından 25 il ötür. Fevralın 26-da soyqırımın növbəti ildönümüdür. Ötən il Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Xocalı soyqırımı ilə bağlı Azərbaycanda soyqırım parkının yaradılması təklifiylə çıxış etmişdi. Bu təklif ictimaiyyətdə böyük rəğbətlə qarşılansa da, hökumətin gündəmində yer almadı. “Cümhuriyət” qəzeti AXCP-nin ötən il verdiyi təklifi təqdim edir:Qətliam tarixiXX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı hələ də tam hüquqi qiymətini almamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya hərbi birləşmələrinin birbaşa iştirakı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal etmiş, azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmişdir. Həmin gün Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 Xocalı sakini əsir, 150 -si isə itkin düşüb.MövqeAXCP Xocalı Soyqırımını ümummilli faciə və azərbaycanlılara qarşı əsrin ən böyük cinayəti hesab edir. Bu qətliamın tanıdılmasında və bütün dünyada hüquqi qiymətini almasında mövqeyindən asılı olmayaraq hər bir siyasi təşkilat, o cümlədən, hökumətlə əməkdaşlığa hazırdır. Əlavə olaraq, AXCP Xocalı qətliamı ilə bağlı tutduğu mövqeyə aşağıda verilən münasibəti sərgiləyir və təkliflər irəli sürür:

  1. AXCP “Xocalıya Ədalət” kampaniyasını hakimiyyətin və tərəfdarlarının ən uğurlu təşəbbüslərindən biri sayır və bu çərçivədə aparılan işlərə dəstək verir və verəcəkdir. Təbliğat nəticəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi anılır, xaricdə yaşayan azərbaycanlılar bu prosesə cəlb edilir, müxtəlif dünya ölkələrində təbliğat xarakterli tədbirlər - filmlər, sərgilər nümayiş etdirilir, erməni cinayətkarlarının iç üzü açılır. Bununla bərabər, xarici ölkələrdə də Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılır, o cümlədən bu günə qədər bir sıra beynəlxalq təşkilatların, bir sıra dövlətlərin Xocalı qətliamının soyqırımı kimi tanınmasına nail olunub.
  2. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti zamanı Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Bakının Xətai rayonu ərazisində “Ana harayı” abidəsi ucaldılıb. Sonrakı illərdə hakim Yeni Azərbaycan Partiyası iqtidarı tərəfindən abidə abadlaşdırılıb və təkmilləşdirilib. Hər il 26 fevralda yüz minlərlə azərbaycanlı bu xatirə kompleksini ziyarət edir və dəhşətli soyqırımı həmrəyliklə qeyd edir.
Lakin, “Ana harayı” abidə kompleksi Xocalı Soyqırımının bütün dəhşətlərini tam olaraq özündə ehtiva edə bilmir. Buna görə də AXCP abidə komleksinin daha da təkmilləşdirilməsini - Xocalı Qətliamı Parkının yaradılması təklifini irəli sürür. AXCP təklif edir ki, 5 (beş) hektar ərazidə Xocalı Qətliamı Parkı yaradılsın. Təklif edirik ki, 613 nəfər soyqırıma məruz qalmış şəxslərin abidələri ucaldılsın. Bu Soyqırım Parkının Xocalı qətliamının bütün dünyada tanıdılmasına səbəb olacaq. Bu parkı ziyarət edən hər bir qonaq, xarici missiya, beynəlxalq təşkilatlar qətliamın təsiri altından uzun müddət çıxa bilməyəcəklər. Təklif edirik ki, abidələr mövcud video-görüntülər və əldə olan fotolar vasitəsilə şəkilləndirilsin. Əlavə olaraq, Xocalı Qətliam Parkı turizm bülletenlərinə və turizm informasiya kitabçalarına əlavə edilsin. Bununla yanaşı, daha üç abidənin - 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini və 130 uşağın valideynlərindən birini itirməsini təcəssüm etdirən abidələrin qoyulması da Xocalı Qətliam Parkının ürəkləri fəth etməsində böyük rol oynayar. Təklif edirik ki, hakimiyyət Xocalı Qətliam Parkının tikintisi ilə bağlı gecikmədən müsbət qərar qəbul etsin və xalqımız 2018-ci ildə Xocalı qurbanlarının xatirəsini yeni məkanda - Xocalı Qətliam Parkında qeyd etsin.
  1. Xocalı qətliamına milli və beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi mərhələsi konkret günahkar şəxslərin adının çəkilməsi olmalıdır. Bu o zaman uğur sayıla biləcək ki, Xocalı qətliamını tanıyan dövlətlərin qəbul etdikləri sənəd və qətnamələrdə günahkar şəxslərin adı çəkilsin. AXCP hesab edir ki, bundan sonrakı təbliğat mərhələsinin bu istək üzərində qurulmasında böyük fayda var.
  2. Xocalı faciəsinin tamamını özündə əks etdirən və dünyaca məşhur şirkətlərin və kino ulduzlarının iştirakı ilə bədii filmin çəkilməsini zəruru hesab edirik. Bu filmin ərsəyə gəlməsi Xocalı soyqırımının dünyada tanınmasına və təbliğatına əvəzsiz töhfələr verəcəkdir.
“Daha obrazlı abidələr yaradılmalıdır”Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, “Ana Haray”ı abidəsi Xocalı sayqırımını tam mənada ehtiva etmir. Ə.Orucov daha obrazlı abidələrin yaradılmasını zəruri hesab etdiyini bildirib: “Biz dəfələrlə “soyqırım muzeyi”nin yaradılmasının zəruriliyini bildirmişik. Bu gün erməni kilsələrində soyqırım arxivləri fəaliyyət göstərir. İrəvanda soyqırım abidəsi yaradıblar. “Soyqırım parkı”nın yaradılması Azərbaycan üçün vacibdir və bu təkcə təbliğat üçün deyil, həm də yetişən gəncliyin bu cür hadisələri daha dərindən və dəqiq bilməsi üçün lazımdır. Amma çox təəssüflər olsun ki, biz bu cür məsələlərə çox səthi yanaşırıq. Ancaq hansısa rayonun işğal günündə bunları xatırlayırıq. Bir neçə gün erməniləri söyüb sakitəşirik. Soyqırım faktları əyani vasitələrlə təbliğ olunmalı və dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Bu həm də soyqırım qurbanlarının xatirəsinə hörmət əlaməti olardı. Xocalı faciəsini özündə ehtiva edən “Ana Harayı” abidəsi də bu soyqırımı tam çılpaqlığı ilə göstərə bilmir. Bunu daha obrazlı şəkildə etmək olar. Eyni zamanda bu protokol qaydasında da salınmayıb ki, gələn qonaqlar bu abidəni ziyarət etsinlər. Bu məsələnin protokola salınması vacibdir. Bunun özü də təbliğat vasitəsidir və həm də bu tarixinə, keçmişinə, faciələrinə yanaşma tərzidir”.“AXCP-nin bu təklifi tezliklə dəyərlən dirilməlidir”AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev də həmçinin deyib ki, təmsil etdiyi partiya “Soyqırım parkı”nın yaradılmasını bu gün də vacib hesab edir: “Biz AXCP olaraq hökumət qarşısında bir çox təkliflərlə çıxış etmişik. Bu təkliflərin hər birinin icra olunması vacibdir. “Soyqırım parkı”nın yaradılması işğalçı Ermənistanın əsil üzünü dünyaya göstərmək üçün lazımdır. AXCP-nin bu təklifi ictimaiyyətlə geniş müzakirə olunsa da hökumət nümyəndələri bu məsələyə münasibətsiz qaldı.Ancaq Azərbaycana qarşı törədilmiş Xocalı qətliamını və digər soyqırım faktlarını bu yolla dünya ictimaiyyətinə çatdırmaq mümkündür. Hər il müxtəlif təşkilatlar dövlət vəsaiti hesabına Xocalı soyqırımını müəyyən qədər dünyaya çatdırmağa çalışır. Ancaq bu dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönləndirməyə kifayət etmir. Bu baxımdan hesab edirəm ki, AXCP-nin bu təklifi tezliklə dəyərləndirilməlidir və tez bir zamanda “soyqırım parkı” yaradılmalıdır.Dövlət səviyyəsində ölkəmizə səfər edən xarici rəsmilərini məhz bu parkı ziyarət etməyə aparmaq və bütün həqiqətləri çılpaqlığıya göstərmək vacibdir. Hətta “Soyqırım parkı”nın ziyarət olunmasını protokol qaydasına da salmaq yaxşı olardı”.Vilayət Muxtar 





Həftənin ən çox oxunanları