Yuxarı

"Sosial vəziyyət acınacaqlıdır"

 "Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycan qanunvericiliyinə, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyümüzə qarşı qərəzli yazılar yazaraq hüquq normalarına zidd bir hərəkət edib və cəzasını çəkəcək. Buna hər bir Azərbaycan insanı sevinməlidir".Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev belə deyib. E.Mehtiyevin sözlərinə görə, “bu, ölkəmizin imicinə ziyandır" deyib, saxta humanistlik göstərmək yaxşı əlamət deyil:"Yoxsa ki, 2013-cü ildə Rusiya vətəndaşını qətlə yetirməkdə ittiham olunan Orxan Zeynalovun döyülərək Rusiya Daxili İşlər Nazirliyi qarşısına gətirdiklərini unutmusunuz? Milli məsələlərdə, əsas da Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən bütün məsələlərdə hökuməti tənqid etməyi düzgün hesab etmirəm. Bu, siyasi iradəsizlik, zəiflik və acizlik əlamətidir. Düzdür, bir çox məsələlərdə hökuməti qınayırıq, buna haqqımız da var, çünki deyiləcək, yazacaq çox sözümüz var. Ölkədəki sosial vəziyyət acınacaqlıdır. Məmur özbaşınalığı, korrupsiya, işsizlik həmişəki kimi dəyişməz olaraq qalmaqdadır. Amma unutmayaq ki, düşmənimiz bizi izləyir".Mənsur





Həftənin ən çox oxunanları