Yuxarı

Əli Kərimlinin xalqa düşmən baxışı

Əli Kərimlinin xalqa  düşmən baxışı

 Zombilərin açdığı əsl xislət“Yurd”un virtual hücumu dayanmır. Bu dəfə hədəfə gələn ayrı-ayrı şəxslər yox, bütünlükdə xalq oldu. Virtual “zombi”lərdən olan Seymur Vəliyev adlı birisi bu dəfə düşmən obrazında Azərbaycan xalqını gördü. O, Facebookda yazdığı statusda xalqı “düşmən” adlandırdı: “Azərbaycanın bir düşməni var, o da xalqdır”. Əslində gözlənilən idi. Kin  və nifrətin bu həddini zatən bilənlər bilirdi, bilməyənlərə də öz dilləriylə, yazılarıyla dedilər. İndi hamı bildi. Nə xalqın, nə Vətənin, nə dövlətin bu adamlar üçün qiyməti var. Bunlar üçün bir nöqtə var: Dünya Əli Kərimlinin ətrafında fırlanır. Əli Kərimli üçün çalışmayan hər kəs satqındır, onu hakimiyyətə gətirməyən xalq düşməndir, onun kreslosunun isitməyən günəş belə qaranlıqlar şahıdır...Fəalın səhvini düzəltmək cəhdiSosial şəbəkədə müzakirəyə səbəb olan olaya elə Əli Kərimli də cavab verib.  Amma başqa yöndə. İttihamlardan yayınmaq, özünü sığortalamq və ən əsası isə aranı sakitləşdirmək istəyib və “Facebook”dakı səhifəsində paylaşdığı statusla Seymur Vəliyevin “səhv”ini düzəltməyə çalışıb: “O məşhur deyim var ha, “hər xalq öz hakimiyyətinə layiqdir”, o fikir bizim ölkəmizə aid deyil.Millət bu hakimiyyətin deputatlarının, icra başçılarının, oliqarxlarının səviyyəsiz, yersiz, adekvat olmayan açıqlamalarına gülür. Etirazım yoxdur, özlərini gülünc günə qoyublar, millət də gülür, ələ salır. Ancaq bu xalq-hakimiyyət münasibətindən ciddi nəticələr də çıxarmaq olar. Bizim xalq öz hakimiyyətinə hamılıqla gülə bilirsə, ona yuxarıdan aşağı baxırsa, deməli, bütövlükdə xalq hakimiyyətdən daha səviyyəlidir. Ona görə də xalqın güldüyü, ciddiyə almadığı adamların onu idarə etməsi “yerlərin səhv düşməsidir”, təbiətin səhvidir və müvəqqətidir. Təbiət öz səhvini düzəldəcək”.Xalq onun, yoxsa o xalqın düşmənidir?Təbiətdən öz səhvlərini düzəltməyi gözləyən Əli Kərimli yetişdirdiyi “manqurt dəstəsi”nin öz əlləriylə cırdığı maskanın altından necə də olduğu kimi görünür! Ona görə də bu yazdıqları ilə bərabər özünün və yanındakıların qorxulu simalarını gizlətmək iqtidarından tamam uzaqdır. Elə həmin “Yurd” fəalı qınaqlardan sonra paylaşdığı növbəti statusla Əli Kərimli və dəstəsinin mahiyyətini çılpaqlığıyla bir daha ortaya çıxardı.  Şübhəsiz ki, yazılan statusa “Yurd” fəalının mövqeyi kimi yanaşmaq olardı. Amma həqiqəti bilənlər bilir ki, bu, o fəalın təkcə özünün mövqeyi deyil, həm də bütün komandanın - liderdən sıravi üzvə kimi hamının düşündüyüdür. Düşündüklərini, mövqelərini belə ifadə edirlər, gizlində də, aşkarda da.Seymur Vəliyevə qədər də hər kəsə bəlli idi ki, Əli Kərimli öz qrupu daxilində “ilahiləşdirilib”, “müqəddəsləşdirilib”. Onlar üçün müqəddəs heç nə yoxdur. Onlar üçün bircə müqəddəs məsələ var ki, hakimiyyətə sahiblənmək və hamıdan qisas almaq. Ona görə də Əli Kərimlinin yolunda ölməyən, onu hakimiyyətə gətirməyən xalq BİR DÜŞMƏNDİR.Fəqət, reallıq nədir bəs? Xalq düşməndir, yoxsa xalqı düşmən gözündə görən bu adamlar, onların lider dedikləridir düşmən? Təşkilat fəalları və yaxın adamları tərəfindən hər gün təriflənən Əli Kərimlinin bu xalqın başına açdığı oyunları hər kəs bilir. Parlament oyunu, müxalifətin parçalanması, 2000-ci il AXCP-nin bölünməsi, DemKonqresin dağıdılması, 2003-cü il prezident seçkilərindəki xəyanət, 2005-ci ilin parlamnet seçkilərində xalqı təxribata çəkmək, 2013-cü ilin prezident seçkisində milli olmayan Milli Şura, 2015-ci ildə AXCP-ni yenidən parçalamağa cəhd...Səmimiyyətinə inanılmayan bu şəxs zamanın axarında gah hakimiyyət, gah kənar dövlətlərin xüsusi xidmət orqanlarının icraçısı qismində əsl simasını ələ verdi. Axırda da müxalifət və demokratik düşərgə üçün qazdığı quyuya özü düşdü. Hakimiyyətin hərbə-zorbasından təngə gələrək bezmiş xalqın sonuncu idman diliylə desək, “ümid foulu” kimi baxdığı müxalifəti sıradan çıxarmaq, onun dağılmasında iqtidar və kənarlardan verilmiş bütün tapşırıqları can-başla yerinə yetirməyin özü də xalqa qənim kəsilməkdir. Xalqın bir nömrəli düşmənlərindən biri olmaqdır. Əməllərinə görə “Yurd” sədri heç vaxt bu xalqın dəstəklədiyi adam olmayıb. İllərini siyasi arenada keçirsə də, heç vaxt müxalifət lideri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) legitim sədri kimi tanınmayıb. Bu da onda nifrətə çevrilib. Nifrətini də Seymur Vəliyev kimi zombilərinin diliylə deyir.Əfqan Ədilov





Həftənin ən çox oxunanları