Yuxarı

“Amnesty İnternational”dan ikili mövqe

“Amnesty İnternational”dan ikili mövqe

Akif Nağı: “Çox  demokratiya, insan haqları, deyirlər amma özləri onlara əməl etmirlər”Beynəlxalq Amnesty İnternational təşkilatı Azərbaycan hakimiyyətini bu günlərdə sərhəddi qanunsuz keçdiyinə və ərazi bütövlüyünə yönəlik çağırışlara görə Belarusdan ekstradisiya edilən bloqqer Aleksandr Lapşini azad etməyə çağırıb.Amnesty İnternational-ın bəyanatında qeyd edilir ki, Lapshin ədalətsiz məhkəmə təhqiqatına məruz qala bilər.Buna görə o, azad edilməli, cinayət təqibinə isə xitam verilməlidir. A.Lapşin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhəddinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.Beynəlxalq Amnesty İnternational təşkilatı Azərbaycan tərəfini Aleksandr Lapşini azad etməyə çağırsa da, iki ildən çoxdur ki, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəsinə qaytarılmasında bu mövqeyi nümayiş etdirmir.Qeyd edək ki, 2009-cu ildə Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib.Bu görüşdə əsirlərin, girovların və meyitlərin qaytarılmasına dair razılaşma əldə olunub.Lakin Dilqəm Əsgərov və Şahbaz Quliyevin indiyədək qaytarılmaması Ermənistanın Həştərxanda üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə əyani sübutdur.“Azərbaycan girovların dəyişdirilməsi tələbini qoymalıdır”Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı “Cümhuriyət” qəzetinə bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dəfələrlə beynəlxalq təşkilatlara, Rusiyaya Azərbaycan tərəfindən müraciətlər olundu. Amma heç bir nəticəsi olmadı: “Baxmayaraq ki, Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır. Amma heç bir reaksiya olmadı.Növbəti dəfə bu məsələdə ikili standart nümayiş etdirirlər.Qeyri-xristian ölkələrinin əhalisinə “ikinci sort” əhali kimi baxılır.Bu onu göstərir.Çox deyirlər ki, demokratiya, insan haqları, amma özləri onlara əməl etmirlər.Azərbaycan heç bir təşkilatın mövqeyinə məhəl qoymamalıdır, yalnız öz qanunları çərçivəsində məsələni həll etməlidir”.Akif Nağı Aleksandr Lapşin Ermənistanda girov saxlanılanlarla əvəzlənməsi məsələsinə də toxunub: “Hesab etmirəm ki, Azərbaycan birbaşa bu məsələdə girovların əvəzlənməsi tələbini irəli sürməlidir. Bəzi ölkələrin vətəndaşları Azərbaycan qanunlarına, ərazi-bütövlüyünə hörmətsizlik nümayiş etdirirlər.Onların bir nümunəsi də Aleksandr Lapşindir.Bundan əlavə Azərbaycan Xarici İşlər Nazirliyində qara siyahı var. Orada bildirilir ki, Azərbaycanın icazəsi olmadan həmin ərazilərə səfərlər təşkil olunmamalıdır. O istiqamətdən Azərbaycan bu məsələyə yanaşmalıdır. Aleksandr Lapşin sərhəddi qanunsuz keçdiyinə və ərazi bütövlüyünə yönəlik çağırışlara görə saxlanılıb.Azərbaycan sərt mövqe nümayiş etdirməlidir ki, bundan sonra ərazi bütövlüyünə, qanunlarına hörmətsizlik təkrarlanmasın”. QAT sədri əlavə edib ki, 2009-cu ildə Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü ilə əsirlərin, girovların və meyitlərin qaytarılmasına dair razılaşma əldə olunub: “Bu razılaşma bir daha xatırlanmalıdır. Ən azı Minsk Qrupu həmsədrləri Ermənistandan tələb etməlidirlər ki, Həştərxan razılaşmasına əməl etsinlər.Ola bilər ki, bu məsələ Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı prosesi sürətləndirsin”.Xatırladaq ki, A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhəddi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhəddini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.Alçina Amilqızı





Həftənin ən çox oxunanları