Yuxarı

Milli Şuranın mitinq adlı piketi

Milli Şuranın mitinq adlı piketi

“Mühacirət avtobusu” üçün çəkilən şəkillər və “ölü canlar” “Yurd” sədri Əli Kərimli yalanları üzərində ucaltdığı “heykəl”ini öz əlləriylə “Məhsul”da yenidən yıxdı. Çünki ayın 8-də Milli Şuranın futbol stadionunda keçirdiyi piket xarakterli mitinqə Əli Kərimlinin facebook səhifəsindəki paylaşımlarına gələn “layk”dan dəfələrlə az adam gəlmişdi. Şuranın 8 aprel biabırçılığı “Yurd” sədri və MŞ rəhbərliyi üçün növbəti dəfə özünüifşanın nümayişi idi. Çünki Əli Kərimli stadiona ona görə adam çıxara bilmir ki, elektoratının sayı elan etdiyindən dəfələrlə azdır. Amma Əli Kərimli real tərəfdar qıtlığının qarşısında facebookda ona görə çox “layk” yığır ki, onun bu saxta profilini “ölü canlar” - saxta profilləri, nəhayət trol ordusu şişirdir. “Ölü canlar”ı da real insana çevirmək mümkün deyil. Əgər belə bir imkan olsaydı, saxta profilləri “Məhsul”a çıxarmaq mümkün olsaydı, stadionda minlərlə eyni simanı - Əli Kərimlinin mühafizəçisi, müavinləri, müşavirləri, gənclər təşkilatlarının sədrlərini görərdik. Hələlik elmi-texniki tərəqqi buna imkan vermir. Sual yaradan məqamlar Milli Şura - “Yurd” birliyi mitinqi növbəti dəfə 1000-1200 nəfərlə yola verdi. Adəti üzrə “Yurd”a yaxın mətbuat orqanları - saytlar “droj” rolunu oynayaraq, rəqəmi 10 minədək şişirtdilər. Amma bu problem deyil, şişirtmək Azərbaycanda adi haldır. Məsələn, hakimiyyətin Statistika Komitəsi, nazirlik və digər dövlət komitələri illik hesabatlarında özünü işlək göstərmək və xalqın başının altına balış qoymaq üçün Əli Kərimli kimi edirlər. Gələk piketə, tutaq ki, bura 10 min nəfər qatılmışdı. Bu, “Bizim partiyanın 1 milyondan çox üzvü var” iddiasında olan bir qurum üçün neçə faizdir? Lap 1 milyondur və hamısı mitinqə qatılmaq qərarı verib, “Məhsul” bu qədər adamı tutacaqdımı? İzdihamlı  bir mitinq olacağını aylar əvvəl elan edib, güc-bəla ilə Bakı şəhər İcra Hakimiyyətindən icazə alıb bu nəhəng iddianı kiçik futbol stadionunda daraltmaq biabırçılıq deyilmi? Bunu da nəzərə alsaq ki, “Talana son!” şüarı ilə keçirilmiş mitinqə qatılan azsaylı vətəndaş Azərbaycan hakimiyyətinin yürütdüyü soyğunçu siyasətdən narazı olan elektoratın mütləq, heç minimal sayı deyil, az qala narazıların sayı 50%-ə - 5 milyona çatır, bəs o zaman 5 milyon yox, heç olmasa 3-cə milyon harada idi? Niyə elan olunduğu kimi 8 aprel mitinqi hakimiyyəti silkələyəcək - siyasi rejimdə inqilab qorxusu yaradacaq nümayiş olmadı? Niyə də? “Məhsul”u Norveç bilənlər Biabırçılıq bununla bitmir. Stadion mitinqin və Əli Kərimlinin mahiyyətini mühacirətə getmək kimi başa düşən və haqlı olaraq elə bu cür qəbul edənlərlə dolu idi. Bütün media nümayəndələri, əlində telefon və şəkilçəkən vasitə olan hər kəs şura və “Yurd” üzvlərinin təqibində idilər. Fürsət düşən kimi - bir jurnalisti boş görən kimi ilan boyda dil çıxarıb şəkillərini çəkmələri üçün yalvarırdılar. Mühacirətə getmək üçün şəkil çəkdirmək istəyən bu adamlar ağır sosial-iqtisadi vəziyyətin, bu qədər də Əli Kərimlinin yoxluq içində saxladığı öz yalan heykəlini uclatmaq üçün məhrumiyyətlər qarşısında qoyduğu insanlar idi, pulsuz-parasız öz şəxsiyyətini yüksəltmək üçün işləməyə məcbur etdiyi yazıq şəxslərdir. İnandırıcıdır ki, həmin şəxslər 8 apreldə də, bundan əvvəlki tarixlərdə keçirilmiş mitinqlərdə iştirak üçün də “Məhsul”a yox, Norveç, Almaniya və digər Avropa ölkələrinə gedirmişlər kimi gəlmişdilər. Bundan sonra da belə olacaq. Mümkün qədər aqressivlik nümayiş etdirirdilər ki, ən az bir-iki polis dəyənəyi dəysin və stadionun çıxışında gözləyən “mühacirət avtobusu”na “bilet” qazansınlar ki, çəkdirdikləri şəkillərlə birlikdə səfirliklərə lazım olan sənədləri verib Avropaya mühacirət vəsiqəsini əldə etsinlər. Ağır mənzərədir. 1980-ci illərin sonlarında etdikləri inqilablarla SSRİ-ni kökündən laxladıb Moskvanı başına uçuran  azərbaycanlılar Əli Kərimlinin kiçik futbol stadionundakı mitinqlərini ümidinə qalmayıblar qalmamalıdırlar. Hərəkatın boğazından dörd əllə yapışaraq bütün siyasi mübarizələri və mübarizə ənənələrini nəfəssiz qoyub ağ günə çıxan əli kərimlikimilər bu xalqın üzləşdiyi ağır məhrumiyyətlərdə ən azı hakimiyyət qədər məsuliyyət daşıyırlar. Azərbaycanı bu günə qoymaq olmazdı. Bizə mitinq lazımdır, amma... Bizə mitinq lazımdır, xalq öz sözünü deməlidir ki, hakimiyyət nəhayət, özündə təpər tapıb bir işin qulpundan yapışsın, azad düşünən beyinlərdən və açıq söz deyən dillərdən yox. Amma bizə “mühacirət avtobusu”na minmək, “mühacirətlik şəkillər” çəkdirmək üçün meydanlara çıxan, şəxsi mənafelər naminə bu şəxsləri qabağa verənlərin keçirdikləri mitinqlər lazım deyil. Bizə o mitinqlər lazımdır ki, lideri hakimiyyətin talançı siyasətindən narazı xalqın özü seçəcək. Bizə saxta profillərin “lider” elan etdiyi əli kərimlilər, Mark Zükerberqi Tvitter-dən məhkəməyə verən arif hacılılar, danışdığını öz məntiqiylə də aça bilməyən hafiz hacıyevlər və digərkimilər lazım deyil, onların ciblərinə hesablanmış mitinqləri bizə lazım deyil. Mənsur





Həftənin ən çox oxunanları