Yuxarı

Əli Kərimlinin saxta sənəd biznesi ifşa edilir

Əli Kərimlinin saxta sənəd biznesi ifşa edilir

“Yurd” sədri Əli Kərimli aprelin 21-də Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Cebhe.info xəbər verir ki, bu barədə “Yurd” sədrinin özü məlumat verib. Əli Kərimli ilə yanaşı onun müavini Gözəl Bayramlı və “Yurd”un təşkilat şöbəsinin müdiri Saqif Qurbanov da həmin iş üzrə prokurorluğa çağırılıblar. Məlumata görə, Əli Kərimli Baş Prokurorluğa  “Yurd” üzvü olmayanlara üzvlüklə bağlı saxta sənəd verməsi ilə əlaqədar çağırılıb. Əli Kərimli isə iddia edir ki, onun tərəfindən bu təşkilatın üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Xatırladaq ki, Milli Şuranın aprelin 8-də və daha əvvəl keçirilən mitinqlərində iştirak edən və siyasi təşkilatın üzvü  olmayan şəxslərə mühacirətə getmələri üçün saxta sənədlər verildiyi bildirilir. Onun bu sənədləri 2-3 min avro qarşılığında satdığı da gələn məlumatlar arasındadır. Nəzərə alsaq ki, AXCP-nin hüquqi təmsilçiliyi Əli Kərimlidə deyil və partiyanın möhürü hələ iki il əvvəl nizamnamə qaydalarını pozduğu üçün Ədliyyə Nazirliyi tərəfindən ondan alınıb, bu baxımdan Baş Prokurorluğun məhz bu işi araşdırması üçün “Yurd” yetkililərini sorğuya tutacağı daha inandırıcıdır.





Həftənin ən çox oxunanları