Yuxarı

AXCP sədri: "Siyasi miqrant alveri son 2-3 ildə inkişaf edib"

AXCP sədri:

Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dindirilməyə çağırılıb. Buna səbəb kimi partiya adından saxta sənədlərin verilməsi və bu yolla insanların mühacirətə göndərilməsi iddialarıdır. Əli Kərimlinin saxta sənədlərlə mühacirətə adam göndərməsi və özü Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də olarkən bu işlərə şahid olub-olmaması məsələləri barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev "Ölkə.Az"-a danışıb: "Heç zaman sənədlərin verilməsi, hazırlanması, möhürlənməsi işlərindən xəbərdar olmamışam. Bunun üçün də bütün bu məsələlərdən tam xəbərsiz olmuşam. Bu gün də xəbərsizəm. Əli Kərimlinin sədrlik etdiyi AXCP-də olarkən mənə xarici ölkələrin miqrasiya idarələrindən "flankəs kimdir" tipli müraciətlər daxil olurdu. Bir dəfə mənə Belçikanın miqrasiya idarəsindən belə bir müraciət daxil olmuşdu ki, "bir nəfər var, deyir ki, müxalifətçiyəm, müəlliməm, məni məcbur edirlər ki, YAP-a üzv olum. Əgər YAP-a üzv olmasam məni öldürəcəklər". Mən də cavab olaraq yazdım ki, bu cəfəngiyatdır, Azərbaycanda demokratiya olmaya bilər, qanunsuzluq ola bilər, ancaq kimisə partiyaya üzv olmadığı üçün öldürmürlər". Razi Nurullayev qeyd etdi ki, siyasi miqrant alveri son 2-3 ildə inkişaf etməyə başlayıb.





Həftənin ən çox oxunanları