AXCP funksionerindən faktlar
Azərbaycanda hamı bilir ki, ölkənin ixracının böyük hissəni neft və neft məhsulları təşkil edib son illərdə. İqtisadiyyatı bu
vəziyyətə gətirən Azərbaycan hakimiyyəti isə hələ indi
ayılıb və ixracda qeyri-neft
sektorunun çəkisini artırmağa girişiblər. Amma ixracda qeyri-neft sektorunun çəkisini artırmağa Azərbaycan
hakimiyyəti ilə birlikdə onun digər tərəfdaşı olan "Ali-Export" MMC də girişib.
Bu "Ali-Export" MMC – 99% səhmləri Əli Kərimliyə məxsus olan və siyasi mühacir
ixracı ilə məğul olan bir şirkətdir.
Bu fikirləri AXCP funksioneri Səbuhi Əliyev bildirib:
"Bu arada
hörmətli oxuculardan xahiş edirəm ki, bu "Ali-Export" şirkətinin dünyada məşhur
olan "Ali Express" şirkəti ilə qarışdırmasınlar.
Bu şirkətlərin ikisi də ixracla məşğul olur, hər ikisi də
xarici valyuta qazanır - amma AliExpress Çindən bütün dünyaya bütün malları ixrac
edib valyuta qazanır, Ali-Export şirkəti isə yalnız Azərbaycandan siyasi
mühacir ixracı ilə məşğul olur.
"Ali-Export" MMC-nin təsisçiləri bilinmir, çünki Azərbaycan hakimiyyəti 2012-ci
ildə "İnformasiya əldə etmək
haqqında" Qanuna dəyişiklik
edib və indi heç bir şirkətin təsisçisinin kim olduğunu bilmək olmur, amma güman edilir ki,
Ali-Export MMC-nin təsisçiləri hansısa xarici
dövlətlərdir. Ali-Export MMC-nin icraçı direktoru isə əlbətdə ki, Əli Kərimli adlı şəxsdir. Bu icraçı direktorun fəaliyyətə başladığı dövrlərdə Ali-Export MMC Qərb ölkələrinə yüzlərlə
saxta siyasi mühacir ixrac etmişdir və bu əməliyyatlardan milyonlar qazanmışdır. Təxmini hesablamalara
görə Əli Kərimlinin "Ali-Export" MMC-si Azərbaycan Respublikasının ümumi qeyri-neft sektoru ixracında təxmini 5% paya malikdir. Hamı Azərbaycanın ixrac potensiallı müəssisələri kimi Embawood, STP, Azərxalça, AzGranta və sair şirkətləri
tanıyır, bu gündən isə bilin və
agah olun ki, siyasətçi kimi tanınan lakin əslində start-up biznesi ilə məşğul olan Əli Kərimlinin saxta sənədlərlə
siyasi mühacir ixracı ilə məşğul olan "Ali-Export" MMC-si də Azərbaycanın əsas ixrac yönümlü şirkətidir.
Əli Kərimlinin rəhbərliyi
altında siyasi mühacir ixracını artırmaq üçün "Ali-Export" MMC- hətta ölkə daxilinə də investisiyalar yatırır. Belə
investisyalara nümunə kimi bu yaxınlarda (08 Aprel
2017) Bakı şəhərində, "Məhsul" stadionunda keçirilən piketi göstərmək
olar. Həmin piket iştirakçılarının bir çoxu məhz ixrac sənədlərini (şəkillər çəkdirmək,
polislə mübahisə, sutkalıq həbs və sair) düzəltmək üçün oraya toplanmışdılar və yəqin ki, bu yaxınlarda siyasi mühacirətə gedərlər. Azərbaycan hakimiyyəti isə ölkədə qeyri-neft sektorunun
ixracını artımaq üçün bu piketə icazə vermişdi ki, ölkəyə valyuta daxil olsun.
Yeganə problem odur ki, Əli Kərimlinin saxta siyasi mühacir ixrac edib
qazandığı valyuta gizlədilir və vergilərdən yayındırılır. Əli Kərimli artıq çoxdan siyasətçi olmaqdan çıxıb və biznesmenə çevrilib, buna görə də az qala kiçik sahibkarlardan hər qəpiyin
vergisini alan Vergilər Nazirliyi gərək Əli Kərimlini də VÖEN almağa, DSMF-də uçota durmağa məcbur etsin. Xeyir
ola ölkədə bütün sahibkarlar, şirkətlər öz işçilərinə görə DSMF-yə 22% ödəniş
edirlə amma Əli Kərimli öz "Ali-Export" MMC-nin ştatında olan Gözəl Bayramlı, İlham Hüseynli və sairlərə görə, o cümlədən xaricdəki filiallarının rəhbərləri Qənimət Zahidə, Natiq Ədilova görə heç bir
vergi ödəmir ? Bütün biznesmenlər kimi Əli Kərimli də "Ali-Export" MMC-nin fəaliyyətinə
görə, şirkətin hər ixrac etdiyi saxta siyasi mühacirə görə aldığı minlərlə dollar puldan
vergiləri ödəməlidir !
Bu aralar hələ Milli Şura deyilən qurum adından Cəmil Həsənli adlı bir yaşlı müəllim deyib ki, guya
8 aprel mitinqinə 10.000 adam gəlmişdir. Əgər bu həqiqətən belədirsə onda demək
Əli Kərimlinin "Ali-Export" MMC-si çoxlu saxta siyasi mühacir ixrac etmək niyyətindədir
və buna görə də ondan artıq 18% ƏDV tutulmalıdır".
Cebhe.info