Yuxarı

"Xalqa layiq olduğunu vermək üçün siyasi iradəmiz var”

"Mitinqlər, nümayişlər, piketlər, xalqı səfərbər etməklə keçirilən istənilən etiraz aksiyaları siyasi mübarizənin əsas tərkib hissəsi olmaqla, həm də ən güclü təzyiq vasitəsidir. Hesab edirik ki, bu etiraz növləri sərt formada davam etdirilməlidir. Bəzən, dostlarımız, vətəndaşlarımız deyirlər ki, yeni format, yeni mübarizə üsulları tapmaq lazımdır. Təbii ki, bunu istəyirik və fəaliyyətimiz də bu yöndədir. Yeni velosiped kəşf etmək lazım deyil”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurulluyev deyib. AXCP sədri bu fikirlərlə razı olduğunu vurğulayıb:

"Amma insanları qınamaq olmaz ki, onlar yeni siyasi format və mübarizə üsulları istəyirlər. Ənənəvi mübarizə tərəfdarlarının onlara cavabı isə "yeni velosiped kəşf etmək", "yeni Amerika kəşf etmək lazım deyil" olur. Yeni velosiped kəşf etmək lazım deyil. Bununla razıyam. Lakin velosipedin təkərlərini daha sürətli - dağ, dərə, düz yol, asfalt yolda gedən təkərlərə dəyişmək, rolunu təkmilləşdirmək, disklərini yağlamaq olar. Eyni zamanda velosipedin rolu üzərinə gecələr də sürə bilmək üçün işıq fanarları bağlamaq və xarab olanda təmir etmək üçün açar avadanlığı götürmək ki, mümkündür.

Ənənəvi müxalifət isə görünür diski paslanmış, təkəri yamanmış, diski fırladan zənciri bir neçə yerdən qırılmış, hər bir km-dən bir ciddi təmirə ehtiyac duyan velosipeddən danışır. O, ancaq muzeyə qoymaq üçün yararlıdır. Nə qədər təmir etsən də düzəlməyəcək”.

Razi Nurullayev rəhbərlik etdiyi partiyanın xalqın sözünü dediyini bildirib:

"Bizlər isə nə bizi, nə xalqı yolda qoyan velosipedlə yolumuza davam etmək istəyirik. Ona görə də yeni siyasi və sosial çağırışlara düzgün reaksiya verir, hədəfə çatmaq üçün yağışda, qarda, şaxtada və nahamar yollarda yaradılan çoxsaylı problemlərə baxmayaraq, mübarizəmizi davam etdirir, irəliləyirik. Biz xalqın sözünü deyirik, ona arzu etdiyi, layiq olduğunu vermək üçün də siyasi iradəmiz var. Yolumuz açıq olsun!”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları