Yuxarı

《Xəyanətkar dəstə üzvləri açıq məhkəmədə dindirilsin》

《Xəyanətkar dəstə üzvləri açıq məhkəmədə dindirilsin》

"Hər zaman demişik və yenə də deyirik. Torpağını satan, vətəninə xəyanət edən, torpaq və ərazi bütövlüyümüz üzərindən siyasi oyunlar quran şəxslərə qarşı güzəşt ola bilməz və onların ən yüngül cəzası güllələnmədir. Məzarlarının da olması məqbul deyil”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Tərtər rayonu istiqamətində yerləşən hərbi bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı təxribat fəaliyyəti həyata keçirən, erməniyə satılan, xalqına, dövlətinə, torpağına və vətəninə xəyanət edən şəxslərin həbs edilməsi gözəl xəbərdir. Çox əfsuslar olsun ki, bu şəbəkə müəyyən müddət ərzində fəaliyyət göstərə bilib və ola bilsin ki, onların mənfur əməllərinin nəticəsində onlarla günahsız əsgərlərimiz şəhid olub:

"Millətinə xəyanət edənləri torpaq da öz ağuşuna qəbul etməz. Bu sıradan bir hadisə deyil və nə qədər ağrılı olsa da bu xəyanətlə bağlı xalqa daha geniş məlumat verilməlidir. Millət bilməlidir ki, bu xəyanəti törədənlər kimlərdir, onların arxasında kimlər dayanır və göstərişlər kimdən gəlib. Gizliliyin saxlanması xalqda şübhəli suallar doğura da bilər. Onun üçün də təklif edirik ki, xəyanətkar dəstə üzvləri açıq məhkəmədə dindirilsinlər. Qoy Azərbaycanın müxtəlif guşələrində xalq məhkəmə prosesin böyük ekranlardan izləsin. Bu kimi ekranlar demək olar ki, bütün rayonlarda və ictimai yerlərdə mövcuddur. Açıq məhkəmə dövlət televizyasında nümayiş etdirilsin və ölkə boyu böyük ekranlarda göstərilsin. Xalq xəyanətkarlarını da, qəhrəmanlarını da üzdən tanımalıdır”. 

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları