Yuxarı

Əli Kərimlidən xəyanətdə ittiham olunanlara dəstək

Əli Kərimlidən xəyanətdə ittiham olunanlara dəstək

Mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş bir qrup hərbçi və mülki şəxsi həbs edib. Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Müzakirə mövzusu vətənə xəyanət olduğu üçün ictimaiyyət və siyasi kəsimin məsələyə münasibəti sərt oldu. Xəyanətkarlara ölüm hökmünün verilməsi tələbi də irəli sürülüdü. Hesab olundu ki, digər cinayətlərdən fərqli olaraq vətənə qarşı törədilmiş cinayətlərə, xüsusilə də ərazilərimizi işğal edərək, minlərlə silahsız soydaşımızı qətlə yetirərək öz çirkli planlarını həyata keçirmiş ermənilərlə işbirliyində olanlara veriləcək cəza ölüm olmalıdır. Görünən bu idi ki, xəyanətkarlar mühakiməsiz cəzalandırılmalı və özlərini müdafiə haqqı verilmədən həbsxanaya göndərilməlidir. Söhbət vətənə xəyanətdirsə, buna alternativ cəza növü yenə də edamdır. Başqa yol yoxdur.

Əli Kərimlinin münasibətsizliyi

Ölkənin müxalif cameəsindən də sərt reaksiyalar oldu və hərbçilərin, o cümklədən mülki şəxslərin bu xəyanətkar hərəkəti qəti pislənildi. Çünki söhbət hakimiyyətdən deyil, dövlətdən, torpaqdan gedirdi. Təbii ki, müxalifət hakimiyyətə qarşı hər hansı aksiya planlaşdırılsaydı, bu qədər sərt münasibət bildirməzdi. Hesab olunardı ki, bu hakimiyyətdaxili qarşıdurmadır və kimin günahkar olması ədalətli məhkəmədə bəlirlənə bilər. Amma müharibə qanunları ilə yaşayan ordudan informasiya ötürmək və s. kimi xəyanətkar mövqe isə qəbul edilə bilməz. Müxalifət adına iddia edənlərdən biri, "Yurd” sədri Əli Kərimli də məsələyə münasibətini açıqlayanlar arasındaydı. Bu dəfə də ictimaiyyətdən və Azərbaycanda yaşayan hər kəsdən ən pis formada fərqləndiyini nümayiş etdirdi. Lakin bu dəfə ənənəni pozdu, Facebook səhifəsində yox, Tvitter hesabında bir-iki cümləlik status yazdı. Bu da bir fərq idi. Əli Kərimlinin qənaətinə görə, o hərbçilərə müstəqil vəkillər ayrılmalı, açıq məhkəmə qurulmalı, cəmiyyət həqiqəti bilib əmin olmalıdır. 

Prinsipcə, "Yurd” sədrinin münasibətində də müsbət nələrsə tapmaq olardı. Amma... Bir daha çirkli xislət üzə çıxdı. Nədəni çox sadədir. Birincisi, Əli Kərimli bu iki cümləlik "tvit”də ilk növbədə xəyanətkarlara "o hərbçilər” deyə müraciət edir. Ən az etika və böyük çoxluğun nəzərində ermənilərlə işbirliyində olan bu şəxslərin kim olmasını nəzərə alaraq, "xəyanətkar” ibarəsinə yer verməliydi. Vermir, verməsin, amma vətənə xəyanət etmiş şəxslərə nə vəkil, hansı vəkil? Bəs Azərbaycanda öz qürurunu tapdalayıb bunu vicdan ağrısına çevirən vəkil varmı? Ola bilər, Əli Kərimlinin diqtəsi ilə kimsə bunu üzərinə götürsün. Amma inandırıcı deyil ki, milyonlarla insanın nə istədiyini, bu torpaqların azadlığı uğrunda bu torpaqların altında arzularını, vücudlarını, gələcəklərini çürüdən şəhidi qarşısına alıb, xəyanətkarları müdafiə edən kimsə tapılsın. Əgər mümkün olsaydı, Əli Kərimlinin dediyi həmin vəkilləri ancaq Ermənistandan gətirmək olar. Kimlərdə həmin xəyanətkarların talelərindən bu qədər narahatdırsa, o zaman rəsmi qaydada Sarkisyan hakimiyyətinə müraciət edə bilər.  

Digər tərəfdən isə vəkil tutmaq hər bir şəxsin hüquqdur və kimi özü istəyərsə vəkil tuta bilər. Buna görə də son dərəcə əndişələnməyə dəyməz. Onsuz da kimisə zor gücünə kiminsə vəkili kimi tanımaq və ya kiməsə "filankəs sənin vəkilindir” demək mümkün deyil. 

Xəyanətin rəmzi

Əli Kərimlinin Türkiyədə onlarla silahsız insanı tankların, zirehli maşınların altında əzib çevriliş etmək istəyən FETÖ lideri Fətullah Gülənə tərif dolu məktub yazması uzaq tarix deyil. Əli Kərimlinin həmçinin gündə beş namaz vaxtı Güney Azərbaycanda yaşayan 30 milyondan çox türkə bəddua yağdıran, təhqir edən İran ayətullahlarına olan sevgisi də bu günün mövzusudur. Eyni zamanda aprel döyüşləri vaxtı Azərbaycanın hərbi dairələrini tənqid atəşinə tutaraq, bununla Ermənistan mediasına mövzu verən də Əli Kərimlidir. İndi Əli Kərimli bu xəyanətkarları öz adıyla çağırardımı? Çünki Azərbaycan siyasətinə xəyanət anlayışını gətirən ilk adamın özü elə Əli Kərimlidir. Gördüyü bu çirkli əməllərlə o, öz adını xəyanətin, riyakarlığın sinoniminə çevirib. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin səhhətində problemlər yaranan kimi partiya daxilində yerləşdirdiyi "yurd”çularla ona qarşı qiyam hazırlayan Əli Kərimli deyildimi? Axşama kimi bu hakimiyyəti A-dan Z-sinə söyüb, axırda da bu hakimiyyətə onu parlamentə deputat təyin etməsinə görə, baş əyən Əli Kərimli deyildimi? Müxtəlif dövrlərdə AXCP-yə ayrılan milyonlarla manat maddi vəsaiti mənimsəyib bir qəpik də partiya üzvlərinə göstərməyən də Əli Kərimlidir. 

Bir el deyimi var, "bir medalın iki üzü”. Bu ifadəni eyni düşüncəli adamlar haqqdında deyirlər. Amma söhbət vətənə, millətə, torpağa xəyanətdən gedirsə, onda bir medalın artıq iki üzü olmur, elə bir üzü olur. Eynən indiki kimi...

Mənsur





Həftənin ən çox oxunanları