Yuxarı

AXCP sədri Razi Nurullayev: "Şah İsmayıl fəxr və qürur yerimizdir”

AXCP sədri Razi Nurullayev:

"Şah İsmayıl Xətainin anım günüdür. 493 il əvvəl dünyasını dəyişən hökmdar fəxr və qürur yerimizdir. Səfəvilər dövləti Azərbaycan dövlətidir”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib. 

AXCP sədri əlavə edib ki, Azərbaycan tarixi Təbrizdən, Ərdəbildən və digər qədim Azərbaycan şəhərlərindən başlayır: 

"Tariximizi Araz çayının bu hissəsində axtaranlar yanlışlığa yol verirlər. Bizim dövlətçiliyimiz Təbrizdə qurulub, oradan inkişaf edib, farslar arasında da şiəlik geniş yayıldığından bir çox məsələlərdə birgə hərəkət etmişik. Səfəvilər dövlətini müştərək Azərbaycan-İran imperiyası da adlandırmaq yanlış deyil. Qürur yerimiz olan bu dövlət bizim şanlı tariximizdir və buna görə Şah İsmayıl hökmdara borcluyuq.

Bu dövlət Osmanlı imperiyası ilə ayaqlaşan və bərabər tutulan bir imperiyadır. Bu dövlət bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmişdi. Böyük hökmdarın ruhu şad olsun!”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları