Yuxarı

AXCP sədri: "Elçibəy və Rəsulzadəyə dil uzadanların dilini kəsmək lazımdır”

AXCP sədri:

"Əbülfəz Elçibəy və Məhəmməd Əmin Rəsulzadəyə dil uzadanların dilini kəsmək lazımdır. Keçmiş zaman olsa idi, mütləq dilləri dibindən qoparılardı. İndi zaman başqadır, onların dilini qoparmaq üçün xalqın belə nankorları kütləvi şəkildə qınaması lazımdır. Amma təhqir etmədən və aşağılamadan. Rəsulzadə və Elçibəy səviyyəsində olmaq gərəkdir”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. 

Partiya sədri bildirib ki, Rəsulzadə  sərhədləri bəlli bir dövlət və ideologiya qoyub: "Əbülfəz Elçibəy ikinci müstəqiliyimizin qazanılmasında müstəsna xidmətləri olmuş bir liderdir. 10 aylıq hakimiyyəti dövründəki işlərin bəhrəsini hələ də görürük. Rus qoşunlarını Azərbaycandan çıxardı və ölkəni tam müstəqil etdi. Kim deyirsə ki, rus qoşunları çıxarılmasaydı, Qarabağ da getməzdi, böyük yanlışlıq içindədir. Həm Qarabağ gedəcəkdi, həm də Azərbaycan indiki Ermənistan durumunda olacaqdı.

Ali məktəblərə təhsili pulsuz etdi. Yəni, test üsulu ilə yetim-yesir, kasıb da tələbə ola bildi. Rüşvətsiz. Bu gün cibimizdə gəzdirdiyimiz milli valyutanı gerçəkləşdirdi. Saymaqla bitməz. Hər iki lider qəlbimizdədir!”

Cebhe.info





Həftənin ən çox oxunanları