Yuxarı

"Prezident seçkilərində iqtidara alternativ məhz AXCP olacaq”

"Ölkədə hazırda bir neçə partiya istisna olmaqla, demək olar ki, heç bir siyasi təşkilat aktiv fəaliyyətdə deyil. Bu da ölkədə siyasi aktivliyin zəifləməsinə, xalqın siyasi proseslərdən kənarlaşmasına səbəb olur”.

Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, politoloq Məhəmməd Əsədullazadə belə deyib.

AXCP üzvü qeyd edib ki, ictimai-siyasi proseslərdə aktivliyin zəifləməsində iqtidarın apardığı siyasət mühüm rol oynasa da, Müsavat və "Yurd” kimi Milli Şura adı altında maskalanmış ənənəvi müxalifət də xalqın siyasi aktivliyinə mənfi təsir göstərir: "Dünyada və regionda gedən proseslər, ölkədə siyasi-iqtisadi böhranın dərinləşməsi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmaması siyasi partiyaların konsorsiuma gəlməsini labüd edir. Zamanla müxalifətin bir araya gəlməsinə mane olan Müsavat Partiyası və onun hazırki rəhbərliyi ənənəvi kursunu davam etdirir. Siyasi proseslərdə daha aktiv rol oynayan, gəncliyi öz ətrafında birləşdirən, Razi Nurullayevin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi fəaliyyəti bir sıra siyasi təşkilatlar, xüsusilə, Müsavat və REAL Hərəkatı üçün nümunə olmalıdır. Müsavat uzun illərin partiyası olmasına baxmayaraq, öz tənəzzül dövrünü yaşayır. 28 may Respublika günündə bu partiyanın nə qədər elektoratsız olduğu aydın göründü. Bir neçə il əvvəl  siyasi iddialarla siyasətə gələn REAL Hərəkatı da hələ ki, bir partiya kimi formalaşa bilmir. Çünki yürütdükləri siyasət təşkilatlanmağa yox, parçalanmağa xidmət edir”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, iki ildir AXCP-ni xalqa qaytaran Razi Nurullayevin apardığı məqsədyönlü siyasət nəticəsində hazırda partiya fəal və geniş elektoratı, xalqın ziyalı təbəqəsini ətrafında birləşdirir: "2018-ci il prezident seçkilərində yeganə siyasi qüvvə və iqtidara alternativ məhz AXCP olacaq. Ölkədə bütün siyasi-iqtisadi və sosial problemləri diqqətdə saxlayan, operativ reaksiya verən məhz AXCP- dir. Ona görə də xüsusi vurğulamaq lazımdır ki, ənənəvi müxalifət və özlərini kənara çəkən REAL kimi qurumların dəstək almaması populist siyasətləri ilə bağlıdır”.

Mənsur





Həftənin ən çox oxunanları