Yuxarı

AXCP sədri Razi Nurullayev 7 iyundan danışdı

AXCP sədri Razi Nurullayev 7 iyundan danışdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əbülfəz Elçibəyin prezident seçilməsindən 25 il ötür.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev bununla bağlı Cebhe.info-ya şərh verib. R.Nurullayev 25 il öncəki bir çox məsələlər haqqında öz fikirlərini bildirib:

"Bu gün 25 il öncə Azərbaycanda prezident seçkiləri keçirilirdi. 1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində 5 namizəd iştirak edirdi. Azərbaycan Xalq Cəbhəsininn sədri Əbülfəz Elçibəy 59,4 faiz nəticə ilə qələbə qazandı. Bu seçki rəsmi göstəricilər baxımından Azərbaycan tarixinin ən gərgin siyasi yarışması kimi yadda qaldı. Belə ki, Elçibəyin rəqibi Nizami Süleymanov səslərin 33 fazini əldə etmişdi. 1992-ci ildə seçici fəallığı 76,3 faiz təşkil edirdi.

7 iyun seçkisində iştirak edən namizədlər: AXC sədri Əbülfəz Elçibəy, eks-spiker Yaqub Məmmədov, sabiq baş prokuror İlyas İsmayılov, akademik Nizami Süleymanov, AMİP sədri Etibar Məmmədov, parlament sədrinin müavini Tamerlan Qarayev, partiya sədri Rafiq Turabxanoğlu.

Azərbaycan tarixində keçirilən ilk demokratik seçkilərdə Əbülfəz Elçibəy xalqın istək və məhəbbətlə verdiyi səslə prezident seçildi. Bu böyük öndər, dahi şəxsiyyətin 10 aylıq iqtidarı dövründə ölkəmiz böyük nailiyyətlər qazandı. Əbülfəz Elçibəy rus qoşunlarını Azərbaycandan çıxartdı, milli valyutamızı yaratdı, ilk dəfə test imtahanları ilə ali məktəblərə qəbul başladı, xarici ölkə və şirkətlərlə neft danışıqları başladıldı.

10 ay ərzində nə etmək olardısa, hamısını etdi. Ölkənin tam demokratikləşməsinə, demokratik və inkişaf etmiş ölkələr siyahısına qoşulmağa xəyanət səbəb oldu. Qarabağda uğur qazanan ordumuz da xəyanətə uğradı və rayonlarımız işğal olundu.

Xəyanət edənlər, iqtidarı satanlar, maskalananlar hələ də siyasi meyadandadırlar. Elə Azərbaycanımızın da problemi bundadır. Elçibəyə xəyanət edənlər, ona qarşı elə öz hakimiyyəti dövründə və sonrakı illərdə xəyanət edənlər, hazırkı iqtidara o zamanlar və elə indi satılanlar bu xalq qarşısında ciddi məsuliyyət daşıyırlar”.

"Elçibəy sevgisi ürəkdən, qəlbdən gəlməlidir. Ürəkdən gələn sevgi ilə biz Elçibəyin təşkilatını dirçəltdik və Elçibəy yolunda inamla irəliləyirik”, - AXCP sədri sonda deyib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları