Yuxarı

Diplomatik korpus Əli Kərimlini boykot etdi

Diplomatik korpus Əli Kərimlini boykot etdi

Eli KerimliAzərbaycan Xalq Cəbhəsi Partiyasının Əli Kərimli qanadı qurultay adlandırılan toplantısı bir sıra nüanslarla yadda qaldı. Əvvəla, qurultayın tələm-tələsik keçirilməsi diqqətdən qaçmadı. Məlumdur ki, Əli Kərimlinin avtoritarizminə etiraz edən xeyli cəbhəçi sədr müavini Razi Nurullayevin ətrafında birləşib və Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıblar. Komitənin rəhbərliyi ilə rayon şöbələrində qurultayqabağı hesabat-seçki konfransları keçirilib, qurultaya nümayəndə seçilib. Hazırda da hesabat-seçki yığıncaqları davam edir. Komitə qurultayın vaxtını da elan edib. Etimad qurultayı oktyabrın 18-də keçiriləcək. EQTK AXCP-nin Əli Kərimli qanadına müraciət edərək birgə qurultayın keçirilməsini təklif etmişdi. Lakin yenidən sədr seçilmək, partiyada avtoritar üsul idarəni saxlamaq istəyən Əli Kərimli birgə qurultaya getmədi. Əli Kərimlinin qurultay adlanan toplantısı cəmiyyətin diqqətini çəkmədi. 90-cı illərin qaydası ilə bir toplantı keçirildi, muzdlu adamlar tərəfindən əttökən “Əli bəy” şüarları səsləndi, partiyanın nəzdində fəaliyyət göstərən Milli Şuranın nümayəndələri qonaq qismində çıxış etdilər. Əli Kərimli cəmiyyətdə birmənalı münasibət formalaşaıb. Dəvət olunan partiya sədrləri, QHT rəhbərləri və ziyalıların heç biri toplantıya qatılmayıb. Biz də olan məlumata görə, AXCP-nin Əli Kərimli qanadı bir sıra nüfuzlu partiya sədrləri və ictimai təşkilat rəhbərlərinə, ziyalılara dəvətnamə göndəribmiş. Lakin dəvət olunanlar qaragüruhun, söyüşçü dəstəsinin yığıncağına qatılmağı özlərinə ar biliblər. Kərimli cəbhəsinin qurultayının yaddaqalan nüanslarından biri də Bakıda fəalliyyət göstərən diplomatik korpusun nümayəndələrinin toplantıya qatılmaması olub. Bir zamanlar Qərb ölkələrinin Bakıdakı səfirlikləri ilə sıx əlaqələri ilə fəxr edən Əli Kərimli bu dəfə xəyal qırıqlığına uğradı. Görünür, AXCP-də real durumu, qüvvələr nisbətini yaxşı öyrənmiş diplomatik korpus azlığın qurultayına qatılmaq istəməyib. Qeyd edək ki, hal-hazırda AXCP-nin 76 rayon şöbəsindən 40-ı Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulub. Amma bu rəqəmin artacağı istisan deyil və əldə etdiyimiz məlumata görə çoxsaylı müraciətlər da vardır. Bəzi mənbələrə görə, dəvəti qəbul etməyən xarici qonaqlar da daxildə baş verən qarşıdurmaların əsaslı olduğu qənaətindədir. Çünki dəfələrlə təşkilatda baş verən proseslərin və Əli Kərimliyə ünvanlanan ittihamların şahidi olublar. Yenə də həmin praktika ilə rastlaşdılar. Kərimli alternativsiz, demokratik dəyərləri urvatsız edən bir seçki şousu düzənlədi. Əgər Əli Kərimli Avropa dəyərlərini, demokratiyanı təbliğ edirdisə, demokratiyanın təməl prinsiplərinə əməl etməli,  sədr seçkisinin azad, ədalətli və şəffaf keçirməli idi. Əli Kərimli və avtoritar zehniyyətli ətrafı buna da getmədi. “Əli bəy yekdilliklə sədr seçildi”, “Partiya üzvlərinin mütləq əksəriyyəti onu dəstəkləyir” keçmiş Sovet sistemindən bizə tanış cümlələrdir. Heç bir Avropa ölkəsində alternativsiz seçki keçirilməz. Bu qayda ilə seçki yalnız Şimali Koreyada və Belarusda keçirilir. Bu mənzərə bir daha xarici diplomatik nümayəndəliklərin Kərimliyə itən inamının bariz nümunəsi olub və onun düzənlədiyi toplantıya gəlməməklə, düzgün qərar verdiklərini bir daha nümayiş etdirdilər. Xarici səfriliklərə yaxın mənbələrdən birinin məlumatına görə, Əli Kərimliyə bu hələ həmin şoudan öncə irad tutulub və bildirilib ki, bəlkə də nələrisə yeniləməyin zamanıdır. Amma onların da təklifi keçməyib. Toplantıını gerçək mənzərəsini müşahidə edəndə Əli Kərimlinin demokratiyaya, söz və fikir azadlığına yanaşması tam çılpaqlığı ilə ortaya çıxır. Bəlli oldu ki, Əli Kərimli, Fuad Qəhrəmanlının və digərlərinin məqsədi bu ölkəyə demokratiya gətirmək, hüquqi dövlət yaratmaq deyil. Partiyanı şirkət kimi istifadə edən, yalnız pul qazanamağı düşünən bu insanlar üçün siyasət müqəddəs amallara xidmət etmir. Əli Kərimlinin qururltayı cəmiyyətə heç bir yeni mesaj vermədi. Əksinə ictimai rəydə  “demokratiya budursa, heç lazım deyil” ümidsizliyi yaratdı. Əli Kərimlinin tövrü onu göstərdi ki, partiya özünütəcrid siyasətini, siyasi rəqiblərə qarşı söyüş və təhqir metodlarını davam etdirəcək. Qurultayın ən yadda qalan məqamlarından biri də toplantıya muzdla cəbhəçi olmayan şəxslərin gətirilməsidir. Məlumata görə, AXCP-yə aidiyyatı olmayan admaları zalı doldurmaq məqsədi ilə 5 manat muzdla toplantıya gəiriblər. Türkel  





Həftənin ən çox oxunanları