Yuxarı

Xaliq Bahadır Əli Kərimlini Hitlerə bənzətdi

Xaliq Bahadır Əli Kərimlini Hitlerə bənzətdi

Əli Kərimlinin AXCP adına 27 sentyabr toplantısı haqqında tənqidi rəylər davam edir. Maraqlıdır ki, diplomatik korpusun, nüfuzlu müxalitət partiyalarının, ictimai təşkilatların, zyalların boykot etdiyi “qurultay” haqqında Əli Kəriminin yedək təşkilatı olan Milli Şura təmsilçilərindən başqa müsbət rəy bildirən olmayıb.Bu dəfə Əli Kərimlinin qurultayı haqqında müxalifət düşərgəsində “dərin AXCP” (əslində dərin Yurd) adlanan qruplaşmanın təmsilçililərindən biri Xaliq Bahadır qurultaydan yazıb. Xaliq bəy özünün  facebook hesabında belə bir status yazıb “Çağdaş demokratik partiyanın devizi: Fürer təkdir. Fürer bir. Amalımız Fürerdir. Yazıq Azərbaycan. Ambisiyası yerə-göyə sığmayan fürerlər səni nə günə qoydular”. xaliq bahadirXaliq Bahadır bununla AXCP-nin Əli Kərimli qanadının keçirdiyi qurutay şousunu nəzərdə tutur. Doğrudan da  qurultay adlanan toplantıda Əli Kərimli və komandası Azərbaycanın əldə etdiyi az-çox demokratik ənənələrdən imtina etmiş oldu, Şimali Koreya qaydası ilə sədr seçkisi həyata keçirdi. Əli Kərimlinin partiyasında bizim kimi düşünməyən bizdən deyil bolşevik şüarı həmişə hakim olub. Bu prinsipi əldə rəhbər tutan Əli Kərimlinin qara piar maşını və cəza aparatı əks fikirli bütün cəbhəçiləri partyadan uzaqlaşdırıb. Xaliq Bahadır özü də bəzən doğru fikirlər yazdığı üçün partiyada gözüm-çıxdıya salınıb. Xatrıladaq ki, Xaliq Bahadır Xalq Cəbhəsinin qurucularındn və veteranlarındna biridir. Onun qardaşları Rahim Hacıyev AXCP-nin əsas tribunası olan “Azadlıq” qəzetinin baş redaktorunun müavini, Rövşən Hacıbəyli isə qəzetin redaktorudur. Hacıyevlər həm də Əli Kərimlinin həmkəndliləridir. Saatlı rayonunun Azadkənd kəndindən olan Hacıyevlər Əli Kərimli ilə qohumluq əlaqələrinə də malikdir. screenXaliq Bahadırı bir zamanlar Əbülfəz Elçibəyə qarşı qoyan da həmkəndisi Əli Kərimli idi. Əli Kərimlinin boyuna uyğun balacalaşmış təşkilatında vəziyyət görün nə yerdədirsə, artıq Xaliq Bahadır da mövcud duruma etiraz edir. Elçibəyə qarşı həmişə haqsız olmuş (o boyda təşkilatı Azadkənd Xalq Cəbhəsi Partiyasına çevirmiş bu adamlar böyük Elçibəyi regionçuluqda suçlandırırdılar-müəll.) Xaliq Bahadır bu dəfə haqlıdır. Əli Kərimli faşist Almaniyasında mövcud olmuş sistemi bərqərar edib. Dünya xalqlarının qəddar düşməni, ikinci dünya müharibəsinin əsas səbəbkarı Adolf Hitler də nasist partiyasının füreri-lideri) adlanırdı. Xaliq Bahadır AXCP-nin Əli Kərimli qanadındakı şəxsiyyətəpərəstişi, bir şəxsin süni şişirdilməsini tənqid edir. Və haqlı olaraq yazır ki, Qərb dəyərlərini təbliğ edən, demokratiya qurmaq istəyən partiyalar fürer, bolşevik metodları ilə uzağa gedə bilməyəcəklər.   Türkel





Həftənin ən çox oxunanları