Yuxarı

AXCP regionlarda görüşlərə başladı

AXCP regionlarda görüşlərə başladı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Qərb bölgəsinə səfərə yollanıb. 

Cebhe.info xəbər verir ki, bu barədə AXCP sədri R.Nurullayev məlumat verirb. 

"Qərb rayonlarında səfərdəyəm. Dəyərli cəbhədaşlarla görüşüb müzakirələr aparacağam. İnşallah, polis təqiblərinə rəğmən, mümkün qədər bütün rayonlara səfər edəcəyəm, həm partiya üzvləri, fəalları, həm də imkan verildiyi təqdirdə, ya da bir vasitə ilə imkan tapıb ictimaiyyətlə görüşəcəyəm. Onları dinləyəcək və əlimizdən gələn siyasi və mənəvi köməklik göstərəcəyik”- deyə R.Nurullayev yazıb.

AXCP-nin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, AXCP Qərb bölgəsindən başlayaraq mütəmadi olaraq respublikanın bütün rayonlarına səfər edəcək. Səfərlər zamanı həm partiya üzvləri, fəallar, həm də yerli əhali ilə görüş keçiriləcək, müzakirələr aparılacaq.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları