Yuxarı

İran, ABŞ və Qərbin Məkkə planı

İran, ABŞ və Qərbin Məkkə planı

mekkede olumBu il Həcc ziyarətində baş verən terror hadisələri bütün dünyanın diqqət mərkəzindədir. Hadisənin baş verməsi ilə bağlı müxtəlif fərziyyələr var. Qeyd olunur ki, baş verən hadisələr heç də təsadüf nəticəsində törədilməyib. Hadisənin arxasında duran maraqlı qüvvələr var. İlk öncə onu qeyd edək ki, ziyarət başlayan gündən bu yana Məkkədə həlak olan zəvarlardan 500 nəfəri dünyasını dəyişib. Qeyd rəsmi məlumatlara gör, həlak olanlar əslində 4 min nəfərdən çoxdur. Hər halda 500 və ya 4 min olmasına baxmayarq, insan itkisi qeydə alınıb. Təbii ki, Səduyyə Ərəbistanı bu məsələdə günahkar olanların edam olunacağı ilə bağlı iş aparır. Artıq bu işdə əli olanlar istintaqa cəlb olunub. Saxlanılanlar Kralın əmri ilə ölüm yolçuluğuna çıxacağı zamanı gözləyir. mekkede olum2Məsələnin siyasi tərəflərini araşdırarkən məlum olur ki, Məkkədə baş verənlər əslində siyasi bir “tuzaq”-dır. Belə ki, bu işin arxasında İran, ABŞ və digər qərb ölkələrinin maraqları dayanır. Məsələyə İranla başlayaq. Aydın məsələdir ki, İran regionda söz sahibi olan ölkələrdən sayılır. Bu ölkənin hegemon qüvvəyə çevrilməsinə yeganə əngəl var ki, bu da Ərəb ölkələri birliyidir. İstər təbii sərvətlərinə görə, istərsə də sərgilədikləri birliyə görə hər zaman İranı kölgədə qoyan Ərəb ölkələri bu ölkədə daxili narahtlığın yaranmasına səbəb olub. İndiki məqamda isə ABŞ-la mühüm razılığın əldə olunması İranı arxayınlaşdırıb. İran başbilənləri hesab edir ki, əldə olunan razılıq bu ölkənin dünya birliyində və o cümlədən regionda söz sahibinə çevrilməsində mühüm vasitədir. Elə bu üzdən də Məkkədə terror hadisələrində iranın barmağının olması qaçılmazdır. Baxmayaraq ki,İran müsəlman dövlətidir, hər zaman islamı təbliğ edir, müsəlmanları birliyə çağırır. Müsəlman birliyinin daha da təkmilləşdirilməsi yönündə davamlı addımlar atır. Ancaq bütün bunlarla yanaşı İran digər müsəlman ölkələrində insanlara qarşı həyata keçirilən terrora göz yumur. Bu işlərin həyata keçirilməsinə vəsilə olur. Məhz Məkkə hadisələrində də İranın böyük rolu olmasını şərtləndirən amillər var. Birinci amil ondan ibarətdir ki, İran son zamanlar Məkkəyə insan axının olmasından narahat olub. Bəllidir ki, hər bir ziyarətin arxasında külli miqdarda maliyyə məsələləri dayanır. Hər il Səduyyə Ərəbistanı təkcə şeytana atılan daşlardan milyonlarla vəsait əldə edir. İran da öz növbəsində Məkkədə belə bir terror  hadisələrin reallaşmasına dəstək verməsində əsas səbəb Məkkəyə, ümumilikdə Həcc ziyarətinə olan marağın azalmasına yönəlik addım kimi qiymətləndirilir. İşğal altında olan Azərbaycan torpaqlarında bir sıra iri infrastruktur layihələrini dəstəkləyən İran Səduyyə Ərəbistanı ilə üzdə dostluq münasibətləri aparmağına baxmayaraq əslində mehriban düşmən kimi rəftar edir.   Bəzi politoloqlar hesab edir ki, baş verən hadisələr İranın sünni birliyinə qarşı həyata keçirdiyi böyük siə əməliyyatının tərkib hissəsidir. İran bu minvalla islam dünyasını parçalamaq istəyir. Əslində ABŞ-la əldə olunan razılıqdan sonra İran neftinin düyna bazarına çıxarılacağı, ABŞ-ın İran neftinə sahib olacağı ilə bağlı deyilənlən bir başa onu deməyə əsas verir ki, İran yaxın zamanlarda bu kimi terror hadisələri törətməklə regionda öz yerini möhkəmləndirəcək. İŞİD terror təşkilatının məsələdə roluna toxunan ekspertlər isə hesab edir ki, İŞİD-in arxasında duran qüvvələr qərb və ABŞ olduğundan bu güclərin baş verən terrorda payı İran qədər çoxdur. Hətta bəzi politoloqlar hesab edir ki,  Məkkədə kranın aşması prosesini ABŞ daha öncədən planlaşdırıb. Hətta bu qisas məqsədi ilə törədilib. İddia olunur ki, 100-dən artıq insanın öldüyü faciəyə səbəb olan kran ərazidə tikinti aparan Bin Laden ailəsinə məxsus şirkət tərəfindən ora quraşdırılıbmış. Bu amil, həmçinin, faciənin Bin Ladenin törətdiyi deyilən 2001-ci il 11 sentyabr terrorunun ildönümü ilə eyni günə təsadüf etməsi bunun məqsədli şəkildə edildiyi iddialarına yol açıb.   Faciədən bir neçə saat öncə ABŞ prezidenti Barak Obamanın “Twitter” hesabında paylaşdığı foto isə bu iddiaları daha da artırıb. Belə ki, Obama sentyabrın 11-də günorta saatlarında 11 sentyabr Nyu-York terrorunun anma mərasimində iştirak etməsinin əks olunduğu fotonu paylaşıb. Fotoda anım bareylefinin yaxınlığında iki böyük kran da görünür. Bu fotonun paylaşıldığı vaxtdan bir neçə saat sonra isə Məkkədə Bin Laden ailəsinə məxsus şirkətin quraşdırdığı kran aşaraq dəhşətli faciəyə səbəb olur. İddialara görə, ABŞ prezidenti bununla Məkkə faciəsinə işarə edib və bu, öncədən planlaşdırılmış şəkildə həyata keçirilib.   Bu iddiaların reallığı az ehtimal olunur, lakin siyasi tarixdə belə ritual addımlar da az deyil. Hər halda Məkkə hadisələri sıradan bir hadisə deyildi. Güman olunur ki, Ərəb Birliyi bu məsələ qarşısında acız qalmayacaq. Ayxan





Həftənin ən çox oxunanları