Yuxarı

"Şər uçbucağı” Qarabağ üçün təhdidə çevrilir

"ABŞ Konrqesinun qəbul etdiyi qanunda "şər üçbucağına” Rusiya və Şimali Koreya ilə yanaşı İranı da əlavə etməsi gələcəkdə Azərbaycana müəyyən problemlər yaradacaq”. 

Cebhe.info xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Rusiya-İran ittifaqı heç zaman Azərbaycanın xeyrinə olmayıb: "Əslində İrandakı siyasi və dini dairələrin heç vaxt Rusiyaya inamları olmayıb, ancaq Rusiya hakimiyyətinin anti-Qərb siyasəti və son illər Moskvanın Suriya rejiminə verdiyi dəstək Tehranı istər-istəməz yenidən Rusiya ilə əlaqələri genişləndirməyə, tərəfdaşlığı artırmağa sövq edib. ABŞ-ın yeni sanksiayaları isə bu ikiliyi yenidən zorən müttəfiqlərə çevirəcək. Bu isə o deməkdir ki, Rusiya və İran Cənubi Qafqaz və Qarabağ münaqişəsinin həllinə baxışda da eyni prizmadan yanaşacaqlar”.

Elxan Şahinoğlu "Konqresin və ABŞ prezidenti Donald Trampın anti-İran siyasəti eyni ilə İranda anti-Amerika əhval-ruhiyyəsini gücləndirəcək və İrandakı dairələr ətraflarında da amerikan dostlarını və tərəfdaşlarına şübhəylə yanaşmağa başlayacaq. Azərbaycanın isə Amerika ilə tərəfdaşlıqdan itmina etmək fikri yoxdur”, - deyə qeyd edib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları