Yuxarı

Putinin İslam “sevgi”si nədən qaynaqlanır?

Putinin İslam “sevgi”si nədən qaynaqlanır?

  [caption id="attachment_817" align="alignleft" width="300"]Vuqar Ziferoglu Vüqar Zifəroğlu: “...Moskva, Qərbə əlavə təzyiq imkanları, eləcə də özü üçün müəyyən iqtisadi və hərbi dividendlər əldə etmiş olur”[/caption] Rusiya prezidenti Vladimir Putinin son zamanlar islam ölkələrinə yaxınlaşmaq cəhdi müşahidə olunur və təbii ki, bu, maraq doğurmaya bilməz. İlkin versiya Qərb tərəfindən təzyiqlərə və sanksiyalara məruz qalan Rusiya liderinin islam ölkələrinin dəstəyini qazanmaq və bu ölkələrlə bağlı daha ciddi addım atılacağı ilə bağlıdır. Putinin atdığı addımları şərh edən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu “Cumhuriyyət”ə bildirib ki, Moskvada tarixi Mərkəzi Məscidin açılışı və ardınca Rusiya Prezidenti Vladimir Putunun İslam dini barədə övgü dolu nitqi, bütün dünya mediasında müzakirə predmetinə çevrilməkdədir. Onun fikrincə, Avropanın öz qapılarını Yaxın Şərqdən gələn köçkünlərin üzünə bağladığı və ya buna hər cür üsullardan istifadə etməklə cəhd göstərməsinin fonunda Rusiya prezidentinin bu çıxışı başqa cür qarşılanmaya bilməzdi də: “Bu çıxış istər daxili (Rusiya müsəlmanları) istərsə də xarici auditoriya (Yaxın Şərq və Qərb) üçün hesablanmış uğurlu nitq idi. Həm bu, həm də “rusların Suriya macəraları”, soyuq şimal ölkəsinin öz maraqlarını isti şərqdə kimsəyə güzəştə getmək niyyətində olmadığını ortaya qoymuş oldu. Bəlkə də bütün bu olanlar, 1991-ci il Sovet İmperiyasının çöküşündən sonra Rusiyanın Yaxın Şərq və İslam sivilizasiyasına yönəlik açıq şəkildə ilk demarşı idi.   Nədən Yaxın Şərq? putin Təbii ki, post-Sovet məkanında mövqelərini–həm Ukrayna, həm də Cənubi Qafqazda-gücləndirmək üçün var-qüvvəsi ilə Qərbin ona elan etmiş olduğu iqtisadi müharibəyə dirəniş göstərən Rusiyanın, belə bir çətin zamanında Yaxın Şərqi düşünməsi əslində bir çoxlarına qəribə gələ bilər. Amma baş verənləri vahid bir tablo olaraq nəzərdən keçirtdikdə görürük ki, Yaxın Şərqdə müəyyən qədər əllərini gücləndirməklə Moskva, Qərbə əlavə təzyiq imkanları, eləcə də özü üçün müəyyən iqtisadi və hərbi dividendlər əldə etmiş olur”. Analitik əlavə edib ki, Rusiyanın Türkiyə siyasəti həm iqtisadi, həm də siyasi maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır: “Onların biri-birindən xoşu gəlmir, lakin bəlli prinsipial məqamlarda manevr etmək üçün biri-birilərindən kənarda da dura bilmirlər. Diqqət edək: Putinin qondarma soyqırım səfərindən sonra araları kifayət qədər soyumuş hər iki dövlətin başçısı məscid açılışında yenə bir araya gəlir. Və bütün bunlar Suriya danışıqlarının getdiyi bir zamana təsadüf edir.   Türkiyənin Moskva üçün əhəmiyyəti V.Zifəroğlu bildirib ki, Rusiyaya isə Türkiyə bir bazar olaraq maraqlıdır və eləcə də bu ölkə vasitəsi ilə həm Şərqə, həm də Qərbə açılmaq mümkündür: “Türkiyə Rusiya üçün isti dənizlərə bir qapıdır, bu, bəlkə də ən önəmli faktorlardan biridir. Məhz bu səbəb Türkiyəni Rusiya üçün prinsipial dərəcədə əhəmiyyətli edir. Və Moskva az qala hər şey etməyə hazırdır ki, Ankaranı, Avrasiya İttifaqına doğru bir neçə addım olsa belə yaxınlaşdırsın. Moskva eyni zamanda Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatının da ən vacib tərəfdaşı olaraq görmək arzusundadır. Rusiyanın Türkiyədən almağa niyyətli olduğu daha bir strateji məqam – “Türk axınıdır”. Bəli, Putinin böyük şövqlə “Cənub axını”nın adını dəyişərək türk həmkarına xoş gəlsin deyə belə adlandırdığı bu layihə, əslində Moskvanın düşünülmüş və gələcəyə planlaşdırılan son dərəcə önəmli bir layihəsidir.   Suriya  - ən vacib və kilid ad O, deyib ki, Ortada maraqları toqquşduran geosiyasi nöqtələr də var ki, bunlar da son dərəcə önəmlidir: “Suriya bunun ən vacib, kilid adıdır.Suriya probleminin ilk günündən başlayaraq İran və Rusiya Əsəd rejimini hər vasitə ilə müdafiə etməkdə, Ankara isə müxaliflərə simpatiya sərgiləməkdə idi. Yeri gəlmişkən, bu məqam təkcə Rusiya-Türkiyə deyil, Türkiyə-İran münasibətlərində də “qordi düyünü”nə çevrilmişdi. Hətta Qərb, İŞİD faktorunun ciddi şəkildə qabarmasından sonra Əsədə münasibətdə yumuşalma sərgiləsə də, Türkiyə başlıca problem qaynağı olaraq rejimi görməkdə davam edirdi. “Rusların Suriya macəraları” isə ümumiyyətlə, maraqlı mənzərə ortaya qoymuş oldu”.   Suriya niyə ruslar üçün vacibdir? Bu suala konkret bəndlərlə cavab verməyə çalışaq:

  1. Geosiyasi səbəb: Suriya - ərəb baharından sonra Rusiyanın Yaxın Şərqdə öz varlığını göstərə biləcək son qalasıdır. Sovet İmperiyasının varisi olaraq bu, Moskva üçün son dərəcə önəmlidir. Suriyanın Tarsus limanı Rusiya üçün prinsipialdır.
  2. İqtisadi səbəb: Suriya potensial qaz ixracatşısıdır və Qərbin orada mövqelərinin güclənməsi, İranın Vyana razılaşmasından sonra bazara girməsi ilə çətin olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
  Cavad





Həftənin ən çox oxunanları