Yuxarı

Əli Kərimli meydanda tək qaldı

Əli Kərimli meydanda tək qaldı

Əli Kərimlinin mühafizə xidmətinin sabiq rəisi, qurumun Ali Məclisinin üzvü Kərim Mehdiyev "Yurd” sədri rəhbəri ilə bağlı ilginc məqamları açıqlayıb.

Əli Kərimlini fırıldaqçılıq və yalançılıqda ittiham edən Kərim Mehdiyev buna görə bir sıra nüfuzlu funksionerlərin "Yurd”u tərk etdiklərini diqqətə çatdırıb: "Əli Kərimli  elə rəy yaratmaq istəyir ki, hamı onun nağıllarına uyub bu gün-sabah hakimiyyətə gələrək vəzifə alacağı xəyalı ilə yaşayır. Amma elə olsaydı, Əli Kərimlinin dələduzluğunu anlayan ən yaxın silahdaşları - Kərim Mehdiyev, Şahin Həsənli, Rövşən Quliyev, Fuad Mustafayev, Əbülfəz Qurbanlı, Kamil Vəli Nərimanoğlu, Sahib Kərimli və digərləri onun ətrafından uzaqlaşmaz və bu gün də partiyanın  aparıcı simalarından biri olardılar. İnsanlar ideya uğrunda mübarizə apararaq həbsxanaya düşür, övladları, valideynləri ilə ünsiyyətdən məhrum olur, həyatının ən sevincli anı olan nikah mərasimini zindanda rəsmiləşdirir, Əli Kərimli isə vicdan əzabı çəkmədən belə övladlarının təhsili üçün xərclədiyi vəsaitin hesabatını xalqa verir”. 

Kərim Mehdiyevin Əli Kərimlinin sərt dillə ifşa etdikdən sonra "Yurd”da qalmayacağı artıq dəqiqləşib. Onun özü təşkilatdan ayrılmasa belə, "Yurd” daxilində və xaricində tənqidlərə və özünə qarşı olan fikirlərə dözümsüz olan Əli Kərimlinin onu dışlayacağı dəqiqdir. Halbuki Kərim Mehdiyev Əli Kərimlinin "alınmaz qalası”, onun ən çılğın təbliğatçısı kimi tanınırdı. Kərim Mehdiyevin gedişi ilə Əli Kərimli özünün qurduğu yalnış siyasətdən növbəti, bəlkə də sonuncu ağır - öldürücü zərbəsini alacaq. Kərim Mehdiyevin gedişi ilə demək olar ki, "Yurd” sədrinin yaxın ətrafında heç kəs qalmadı.

Kərim Mehdiyevin "Yurd”dan gedişi digər nüfuzlu funksionerlərin Əli Kərimli ilə birgə mübarizə aparmaqdan imtina etmək üçün gətirdikləri səbəblərdən fərqlənmir. K.Mehdiyev də digərləri kimi o fikirdədir ki, imitasiya edərək hakimiyyəti tənqid edən Əli Kərimli əslində bu hakimiyyətdəki qruplaşmalardan pul alır. Yəni, Əli Kərimli vizual olaraq tənqid etdiyi hakimiyyətin ən yaxşı və peşəkar müdafiəçisidir. Əli Kərimlini yaxından tanıyan adam - Kərim Mehdiyev bunu etiraf edirsə, demək ki, "Yurd” sədrinin bu günədək hakimiyyətlə əlbir olub müxalifət daxilində bölücülük missiyasını yerinə yetirməsi haqda olan fikirlər bir daha təsdiqlənir. Elə Kərim Mehdiyevin özü də son müsahibəsində bu açıq formada etiraf edir.

Susqunluqda təsdiq edilən günahlar

Kərim Mehdiyev Əli Kərimlinin özünü təmizə çıxarmaq üçün müxtəlif vasitələrə əl atdığını bildirib: "Bu insan özünü təmizə çıxarmaq üçün hansı vasitələrdən istifadə edir. Birinci, korrupsiyaya uğramış hakimiyyəti tənqid edirmiş kimi hədəfi özündən uzaqlaşdırmağa çalışır, sonra isə, diqqət yetirin - özünümüdafiə üçün ailə üzvlərini önə çəkir. Gah həyat yoldaşının evini sataraq əldə etdiyi pulu oğlunun təhsilinə yönəltdiyini, gah oğlunun yüksək məvacib alaraq bacısının təhsilinə kömək etdiyini, gah da qızının yay tətilində işləyərək ailəsinə maddi yardımlar göstərdiyini bildirir”.

Başqa sözlə, şəxsi mənfəətinin təmin olunması üçün iblislə belə sövdələşməyə hazır olan Əli Kərimli indiyədək "Yurd”dan olan siyasi məhbusların ailələri və bu təşkilat üçün ayrılmış pulları mənimsəyib. Xarici universitetlərdə oxuyan övladlarının təhsil haqlarını da bu vasitəilə ödəyib, həyat yoldaşının birotaqlı mənzilini sataraq yox. Başqa tərəfdən hakimiyyətdəki bir sıra qruplaşmalardan, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən və Qərbdəki bir sıra fondlardan hər il külli miqdarda pul alan Əli Kərimli bu yolla böyük sərvətinə sərvət qatır. Dəfələrlə mətbuatda bununla bağlı iddialar dolaşıb, materiallar dərc olunub. Əli Kərimli isə açılan faktlar qarşısında susur və bununla öz səssiz dili ilə ittihamları təsdiq edirdi. İndi isə bütün şəxsi və qeyri-şəxsi sirlərini bilən bir adam - Kərim Mehdiyev indiyədək belə məsələlərlə bağlı olan iddiaların şayiə yox, həqiqət olduğunu təsdiq edir. 

Ambisiyasının fırıldaqçıya çevirdiyi adam

Kərim Mehdiyev həmçinin Əli Kərimlinin öz əqidə yoldaşlarının və "Yurd” üzvlərinin pullarını oğurladığını açıqladı: "Onlar sizə köməklik göstərir, amma hakimiyyət tərəfindən şərlənərək zindanlara atılan onlarla cəbhəçi, onların körpə balaları  üçün "pul yoxdur” deyərək yola verirsiniz. Təşkilat üzvlərinin pullarını oğurlamaq sizə və yaxın ətrafınıza xas olan bir ənənədir. "Yurd həqiqətləri” kitabında da bu fakt təsdiq olunur. Görün, zaman keçdikcə siz necə də dəyişməmisiniz, Əli bəy. Elə həmin dələduz və fırıldaqçısınız”.

Əli Kərimlinin siyasət meydanında siyasi hədəflər uğrunda yox, ambisiyasının qabartdığı nəfsini təmin etmək üçün mübarizə apardığını da bilməyən yoxdur. Məhz mənfəəti "Yurd” sədrinin "qarışqa zəhməti ilə” gecə-gündüz işləməyə, pul olan bütün qapıları döyməyə, laızm gələndə iddiaya, yeri gələndə xahiş-minnətə, hətta lazımsa, şantaja və təhdidə məcbur edir. Əlbəttə, əqidə yoldaşlarının, təşkilat üzvlərinin acmış mədələrindən gələn üfunətin içində bahalı ətirin qoxusunu gəzdirməklə şax durmaq da daşlamışmış qeyri-vicdani hiss tələb edir. Hər halda bunları biz demirik, biz iddia etmirik - ən yaxınında olan, aldığı nəfəsi belə bilən bir adam deyir, təsdiq edir, fakt ortaya qoyur. Qalır Əli Kərimlinin etirafı. Buna isə iradə lazımdır. Kimdən nə gözləyirik axı..?

Mənsur






Həftənin ən çox oxunanları