Yuxarı

AXCP sədri Razi Nurullayev: "Bu hadisə olmasaydı Azərbaycan olmayacaqdı”

AXCP sədri Razi Nurullayev:

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) növbəti tədbirini 1918-ci ilin sentyabrın 15-i  Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunması gününə həsr olunub.

Tədbirinin eksperti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev olub. Sədr 1918 ci ildə Şərqdə qurulmuş ilk müstəqil müsəlman dövləti və eyni zamanda baş verən siyasi hadisələr barədə qonaqların diqqətinə çatdırıb:

"15 sentyabr xalqımızın yaddaşın tarixi gün kimi qalıb. Bu gün Bakı şəhəri 1918-ci ildə Qafqaz müsəlman ordusu tərəfindən erməni daşnaqlarının zülmündən və bolşeviklərdən azad olunub. Əgər bu tarixi hadisə olmasaydı biz şərqdə ilk yaranan demokratik cümhuriyyət - Azərbaycan olmayacaqdı. Əgər olsaydı, paytaxt Gəncə olacaqdı və o qədər böyük işlər görülməyəcəkdi və Azərbaycanın parçalanmasının əsası elə həmin vaxtdan qoyulacaqdı. Çünki bolşeviklər ermənilərin əli ilə Bakı şəhərini tam olaraq Azərbaycandan ayırmaq istəyirdilər.”

AXCP sədri çıxışında ermənilərin Bakıda, Qubada, Şamaxıda və  digər rayonlarda erməni daşnaqlarının xalqımıza qarşı törətdikləri soyqırım vəhşiliklərindən də danışıb.

Sədr eləcə də bu günü xalqımıza qələbə kimi yaşadan Qafqaz İslam ordusunun Azərbaycana xilas gəlişi barədə də məlumat verib:

"Məmməd Əmin Rəsulzadə Azərbaycanın Cümhuriyyətinin Tiflisdə elan edilməsi zamanı Bakıya qayıda bilməmiş, və ölkənin paytaxtını müvəqqəti olaraq Gəncə elan etmişdilər. Uzun danışıqlardan sonra o zaman Türkiyədə hərbi nazir Ənvər Paşanın göstərişi ilə Nuru Paşa Təbrizdə Gəncəyə gəlir oradan isə Bakı şəhərinə iki qoşun birliyi Qafqaz İslam Ordusu adı altında Bakı şəhərinə yürüşlər olur. Bu may ayında başlayır və Sentyabrda tamamlanır.”

AXCP sədri Bakının azadlığı uğrunda savaşaraq şəhid olanlara Allahdan rəhmət diləyib. Sədr bildirib ki, Bakıda və Bakıətrafı qəsəbə, kənd rayonlarda olan adlı və adsız Qafqaz islam ordusunun şəhidliklərini hələ də xalqımız tərəfindən yad edilir.

AXCP sədri Razi Nurullayev çıxışından sonra tədbir iştirakçılarının suallarını cavablandırıb.

Cebhe.info





Həftənin ən çox oxunanları