Yuxarı

"Yurd”un dolları indi də Xədicə İsmayıla verilir?

"Yurd” sədri Əli Kərimli və araşdırmaçı jurnalist Xədicə İsmayıl yenə üz-üzə gəliblər. Əslində bütün zamanlarda üzdə "müttəfiq” olsalar da, bu şəxslərin maraqları daim toqquşub. Təbii ki, bunun da səbəbləri var. Bir müddət öncə "siyasi məhbus siyahısı” hazırlayan hər iki şəxş açıq şəkildə bir-birini saxtakarlıqda ittiham etdilər. Qarşıdurma o həddə çatdı ki, Xədicə İsmayıl ötən il Milli Şuranın keçirdiyi mitinqi də boykot etdi. Bütün zamanlarda Xədicə İsmayıl və Əli Kərimli müxtəlif təşkilatların maraqlarına xidmət edib. Təşkil olunan mitinqlər və aparılan mübarizənin də mahiyyətində bu amil dayanıb.

Nəzərə almaq lazımdır ki, "Yurd” sədri bu gün müəyyən qədər narazı elektoratdan istifdə edə bilir. Yəni, tərəfdarlarının sayı baxımından Xədicə İsmayıl Əli Kərimliyə uduzur. Əli Kərimli də müəyyən məsələlərdə, məsələn, beynəlxalq əlaqələr məsələsində Xədicə İsmayıldan geri qalır. Bu baxımdan opponentlər öz şəxsi maraqlarının təmin olunması üçün bir-birindən istifadə etməyə çalışır. Hətta bəzi hallarda, yəni maraqlarına cavab verdiyi məqamlarda bir-birinin qatı müdafiəçisinə də çevrilirlər. Təki maraqlar təmin olunsun, xidmət etdikləri beynəlxalq təşkilatlar razı qalsın. Bu da aparılan mübarizənin "səmimiliyindən” xəbər verən amildir.

Məlumdur ki, istər Əli Kərimli, istərsə də Xədicə İsmayıl müxtəlif zamanlarda beynəlxalq təşkilatlardan müxtəlif qrupları idarə etmək, narazı elektorata sahiblənmək adı altında çoxlu pul alıb. Proses indi də davam edir. 

Son zamanlar bu iki şəxs arasındakı gizli qarşıdurma açıq müstəvidə də hiss olunur və ictimaiyyət artıq bundan xəbərdardır. Qarşıdurmanın səbəbi isə maliyyə qaynaqları uğrunda mübarizədir. Hər iki tərəf, ümumi olaraq xaricdən gələn pullara nəzarət və həmin pullar üzərində səlahiyyət sahibi olmaq niyyətindədir. Bu baxımdan Xədicə İsmayılın "əli” daha güclüdür. Müxtəlif zamanlarda Xədicə İsmayılın "yurd”çular tərəfindən sosial şəbəkələrdə təhqir olunmasının da arxasında duran amil məhz budur. "Yurd” sədri isə ildə bir neçə dəfə mitinq adına "tədbir” təşkil etməklə pul qazanır. Son illərdə Əli Kərimlinin fəaliyyət sferası bundan o yana keçməyib. Digər tərəfdən, Əli Kərimli və Xədicə İsmayıl maksimum dərəcədə ehtiyatlı davranmağa çalışır. Səbəb isə xidmət etdikləri təşkilatların qəzəbinə tuş gəlməməkdir. Əks halda, xidmət etdikləri, pul aldıqları təşkilatların qara siyahısına düşər və bu da onların işini xeyli çətinləşdirər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamsında bu mübarizədə maliyyə faktorunun əsas rol oynadığını deyib: "”Yurd” sədri Əli Kərimli ilə Xədicə İsmayıl arasında münasibətlərin soyuq olmasında, müşahidə edilən rəqabətdə maliyyə faktoru mühüm rol oynayır. Qərbin müəyyən dairələri jurnalist xanıma daha çox reveranslar edir, nəinki, "Yurd” sədrinə. Qərb dairələri mükafatlar adı ilə maliyyəni məhz Xədicə İsmayıla ötürür. Burada NİDA Hərəkatının da adı çəkilir. Xədicənin NİDA-nı nəzarətə götürməsidən də söz açılır. Hesab edirəm ki, "Yurd” sədri də bundan narahatdır və çalışır ki, riçaqlar öz əlində olsun. Ondan əlavə, Xədicə İsmayıl daima Əli Kərimli üçün Qərbdə problemlər yarada bilər”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları