Yuxarı

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin müraciətinə "yox" dedi: Amma...

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin müraciətinə

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası 6 oktyabr 2017-ci il, saat 12:00-da İraqın ölkəmizdəki səfirliyi qarşısında bu ölkənin ərazi bütövlüyü və Kərkükdə yaşayan soydaşlarımıza dəstək aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Cebhe.info-nun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti bu gün AXCP-nin müraciətinə mənfi cavab verib.

AXCP sədrinin müavini Ehtiram Mehtiyev Cebhe.info-ya açıqlamasında hər bir halda Kərkükə dəstəklərini ifadə edəcəklərini deyib:

"Bakı Şəhər İcra Hakimiyyəti İraq səfirliyinin binası qarşısında planlaşdırdığımız kərküklü soydaşlarımıza dəstək piketinin keçirilməsinə imkan verməyərək, müraciətimizə mənfi cavab verib. Biz piketin qanun çərçivəsində keçirilməsinin tərəfdarıyıq. Partiya üzvlərimizi hakimiyyətin sərt addımlarına qurban vermək niyyətində deyilik. Çünki bildiyiniz kimi, belə məqamlarda hakimiyyət ya həbs taktikasından istifadə edir, ya da yüksək məbləğdə cərimə edir. İndiki məqamda üzvlərimizi çətin vəziyyətə salmaq istəmirik. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə təmin edilməlidir. Amma görünür, hakimiyyət 50 nəfərin bir arada toplaşmasına ehtiyatla yanaşır. Buna baxmayaraq, partiyamız kərküklü soydaşlarımıza öz dəstəyini ifadə edəcək”.

Cebhe.info





Həftənin ən çox oxunanları