Yuxarı

“AXCP-nin legitim qurultayını biz keçirəcəyik”

“AXCP-nin legitim qurultayını biz keçirəcəyik”

[caption id="attachment_518" align="alignleft" width="312"]sebuhi aliyev aslanzade Səbuhi Aslanbəyli: “Əli Kərimlinin keçirdiyi qurultay legitim sayıla bilməz”[/caption] AXCP-nin Əli Kərimli qanadının sentyabrın 27-də keçirdiyi “qurultay”la bağlı tənqidi fikirlər davam edir. Qeyd edək ki, Əli Kərimlinin qurultay adına keçirdiyi toplantı daha çox müxalifət partiyaların, xarici qonaqların iştirak etməməsi ilə yadda qaldı. Əli Kərimli “qurultay”daalternativsiz seçki keçirərək  yenidən sədr seçildi. “Cümhuriyət” qəzetinə açıqlamasında AXCP etimad Qurultayı Təşkilat Komitəsinin İdarə Heyətinin üzvü politoloq Səbuhi Aslanbəyli AXCP-nin Əli Kərimli qanadının keçirdiyi toplantını tənqid edib. AXCP-nin 76 rayon şöbəsindən 40-nın Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulduğunu vurğulayan Səbuhi Aslanbəyli hesab edir ki, Əli Kərimlinin keçirdiyi qurultay legitim sayıla bilməz: “Qurultayda iştirak edən şəxslərin əksəriyyəti AXCP-nin üzvü deyil. Pul müqabilində gətirilən insanlarla keçirilən qurultay legitim ola bilməz. Siyasi partiyaların, xarici qonaqların iştirak etməməsi, toplantının ciddi media orqanlarında işıqlandırılmaması qurultayın qeyri legitim olmasına işarədir. S.Aslanbəyli deyib ki, artıq AXCP EQTK-nin keçirəcəyi qurultayın vaxtı dəqiqləşib: “AXCP-nin təmsilçisi bizik. AXCP-nin legitim qurultayını biz-AXCP Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi keçirəcəyik”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları