Yuxarı

AXCP sədri Razi Nurullayevdən xalqa bayram təbriki

AXCP sədri Razi Nurullayevdən xalqa bayram təbriki

"Müstəqillik böyük nemətdir, ülvi duyğudur və millətin baş tacıdır. Bütün xalqımızı Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə təbrik edirəm. Bu, elə bir bayramdır ki, heç nə ilə müqayisə edilə bilməz. Nə bugünkü ağır sosial durum, nə çətin iqtisadi vəziyyət, nə də siyasi didişmələr. Bu xalqın bayramıdır, çünki müstəqillik üçün neçə övladlarımız canlarını qurban vermiş və qanlarını axıtmışlar”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev xalqa təbrik müraciətində deyib. 

"Müstəqillik bəlkə də bəziləri üçün ağır sosial durum baxımından o qədər də cəlbedici deyil. Müstəqilliyimizi xalqın rifah halı ilə uzlaşdıra bilməmişik. Lakin ruhdan düşməyə dəyməz. Mütləq və mütləq müstəqilliyimiz xalqın arzuladığı cəmiyyət və yaşayış tərzi ilə uzlaşacaq”,- deyə partiya sədri vurğulayıb.

AXCP sədri Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbuluna da toxunub: "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, qalanlar ya sessiyaya qatılmayıb, ya da əleyhinə səs veriblər”.

Cebhe.info





Həftənin ən çox oxunanları