Yuxarı

Supergüclərdən nüvə təhdidi

Supergüclərdən nüvə təhdidi

ABŞ strateji nüvə qüvvələrinin "Qlobal İldırım” ("Global Thunder”) təlimlərinə start verib."Cümhuriyət” qəzeti xəbər verir ki, "Strateji Silahların Azaldılması haqqında sazişə əsasən, Rusiya və ABŞ böyük nüvə təlimləri haqqında bir-birlərini xəbərdar etməlidir.Buna görə də Rusiya əvvəlcədən təlimlər haqqında məlumatlandırılıb. Qeyd edək ki, "Qlobal İldırım” təlimləri hər il keçirilir.

Özümüzü nüvə silahlarıyla qoruyuruq

Xatırladaq ki, özlərini müdafiə edən və digər dövlətlərə qarşı ərazi iddiasında olan 9 ölkənin 20 minə yaxın nüvə bombası var. Başqa sözlə, dünyanın altını üstünə çevirə biləcək bombalarla özümüzü qorumağa çalışırıq. Son zamanlarda Şimali Koreya və ABŞ arasında artan gərginlik artıq ölkələrin bu silahlara əl atacağı ehtimalını gündəmə gətirib. Üç il əvvəl - 2014-cü ildə Hindistan və Pakistan arasında Kəşmir münaqişəsi qızışanda da dünya bu risk qarşısında qalmışdı. Həmin vaxt bununla bağlı ABŞ-ın Geofizika İttifaqının (AGU) apardığı araşdırma şok effekti yaratmışdı. Araşdırmada qeyd olunur ki, tərəflər 50 ədəd 15 tonluq nüvə bombası partladacaqları halda, təxminən 5 teraqram qara karbon qazı yayılacaq ki, bu da dünyada sürətli soyuqlaşma dövrünü başlada bilər. Belə bir ehtimal 1000 ildən bir baş verən hadisədir. Mütəxəssislərə görə, nüvə müharibəsi 10 il içində atmosferin ozon təbəqəsinin 50%-ni yox edə bilər və bu da Yer kürəsinin Günəşin radikasiya şüaları qarşısında müdafəsiz qalması deməkdir. Təkcə, ABŞ-ın arsenalında 1.2 meqaton gücündə bir neçə ədəd nüvə bombasının olduğunu nəzərə alsaq, təhlükə daha ciddir.

"Külünüz də tapılmayacaq”

Mütəxəssislər nüvə silahlarının istifadə ediləcəyi Üçüncü Dünya Müharibəsində insanların özlərini qorumaq üçün heç bir imkanlarının olmayacaqlarını deyirlər.Rusiyalı hərbçi-ekspert Pavel Felqenhauer isə hər keçən gün belə bir müharibə riskinin artdığını deyir. O, bir neçə ədəd bombanın atılmasından sonra dünyanın bütün xəbərdarlıq, yaxud, rabitə sistemlərinin sıradan çıxacağını bildirir. Vəziyyətin təhlükəli olduğunu nəzərə alanİngiltərə hökuməti artıq nüvə müharibəsinə qarşı yeni texnologiyasını sınaqdan keçirib. Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanan sistem 2013-cü ildə Qlazqo və Yorkşirdə təcrübədən keçirilib.Lakin Felqenhauer bu vəziyyətdə təhlükədən xilas olmaq üçün heç bir vasitənin işə yaramayacağını vurğulayır. Araşdırmaçı Uilyam Burçett qeyd edir ki, bombaların atıldığı ərazilərdə dağıntılar və yaşanan fəlakət daha böyük olacaq: "Əgər bombaların partladığı yerdəsiniszə, sizdən heç nə qalmayacaq. Xirosima hücumunda şahidlər və partlayışın baş verdiyi mərkəzlərdə hər şey yox olmuşdu.Xirosimada yaranmış atom istiliyi insanları bir anın içində külə çevirdi.Amma onların külləri belə tapılmadı”.

Konqresdən xəbərdarlıq

ABŞ-ın Stivens Texnologiya İnstitutunun araşdırmasına görə, bir hidrogen bombası böyük bir şəhəri yox edə bilər.İnstitutun hazırladığı "Nüvə xəritəsi”ndə qeyd olunur ki, böyük bir Sovet hidrogen bombası London üzərində partladılsa, bir neçə dəqiqə içində bu şəhər və ətraf bölgələr yox ola bilər. İnstitutun araşdırmasına görə Londonda partladılan bir hidrogen bombası buradan bir neçə km uzaqlıqda yerləşən bölgələrdə yaşayan 10 milyon insanı yaralaya, yaxud, iflic edə bilər.Mütəxəssislər yüzlərlə nüvə bombasının dünyanı yox edəcəyini iddia edirlər.Amerika Konqresinin Texnologiya Ofisinin hesabatına görə bu vəziyyətdə milyardlarla insan (5 milyard) ölümdən yaxa qurtara bilməyəcək.Belə bir savaşın sağ qalan insanların səhhətlərində yaradacağı problemlər isə daha ağır olacaq. Üstəgəl, yüz illərlə dünya bu bombaların yaratdığı təsirlərdən xilas ola bilməyəcək.

Nüvə fəlakəti

Nüvə bombalarının yox etmək gücü böyükdür və bunun dağıdıcı təsirlərinin dünyanın bütün nöqtələrinə yayılmaq gücü də yüksəkdir.Nüvə partlayışlarından sonra atmosferin ən alt təbəqəsi olan troposferə yayılan enerji 4 yerə bölünür.Təxrib, yaxud, dağıntı hissəsi bütün enerjinin 40-50%-ni təşkil edir.Termal radiasiya enerjinin 30-50%-ni, çöküntü radiasiyası 5-10%-ni, ionlaşan radiasiya isə 5%-ni əmələ gətirir.Nüvə partlayışları atmosferdə "göbələk buludları”ının yaranmasına səbəb olur.Çünki partlayan nüvə bombaları ətrafda nəhəng dağıntılar yaratmaq gücündədir.Nüvə partlayışları yaşayan bütün canlılara güclü təsir etmək imkanlarına sahibdir. Atmosferə yayılan radioaktiv maddələr insanların "xərçəng”ə yoluxmaq risklərini və uşaqların mutant doğulmaq ehtimallarını artırır. Bu, iflic və şikəst doğulma riski də deməkdir. 

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları