Yuxarı

Suriya bölünəcək

Suriya bölünəcək

Rusiyanın inadı bu ölkəni parçalanmaya aparır  suriyaBu Suriya məsələsinin hələ çox uzanacağı və dünya müharibəsinə çevriləcəyi ilə bağlı deyilənlər özünü doğrultmaqdadır. Bir zamanlar bu məsələdə pərdə arxasında rol aparan Rusiya aktiv müstəviyə keçib. Məsələ ABŞ və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə ciddi müzakirə olunub. Bəşər Əsədi müdafiə edən Putin Əsəd rejimini devirməyə çalışan Obama arasında razılıq əldə olunmayıb. Məsələ aydındır. Rusiya istəyir ki, Suriyada davam edən münaqişə başa çatsın, ancaq Bəşər Əsəd hakimiyyətdə qalsın.  Çünki, Əsəd atasından fərqli olaraq Rusiyanın dediyi ilə oturub durur. Əsəd ABŞ kimi nəhəngi qarşısına alıb. Vətəndaşlarının qırılması, uşaqların atəş səsi altında uyuması, 100 minlərlə suriyalının doğma yurd-yuvasından didərgin düşməsi onu zərrə qədər də narahat etmir. Kreslosunu düşünən və öz canının hayına qalan Əsəd artıq beynəlxalq təşkilatların çağırışlarına da məhəl qoymur. İndi Rusiya Suriya ərazisində aktiv mübarizəyə qoşulub. İŞİD-i vurmaq adı altında ABŞ ordusuna ciddi zərbələr endirir. Təbii ki, bütün bunlar birmənalı qarşılanmır və yaxın vaxtlarda Suriyanın növbəti müharibəyə rəvac verəcəyi ilə bağlı fikirlər dolaşır. Ekpsertlər hesab edir ki, Putin və Obamanın stol üstündə razılaşa bilmədiyi Suriya məsələsi müharibə yol ilə nizama salınacaq. İddia olunur ki, indiki məqamda hər iki tərəfin əsəbləri tarıma çəkilib və hər iki tərəf də gözləmə mövqeyindədir. Tərəflər kimin səhv addım atacağını səbrlə gözləyir. Belə bir məqamda Rusiyanın açıq-aşkar müharibəyə girişməsi isə müharibə riskini daha da konkretləşdirib. Artıq bu ayın ortalarından etibarən ABŞ-da Suriyaya əlavə qoşun yeridəcəyi ilə bağlı ABŞ və Qərb KİV-lərində geniş məlumatlar dərc olunur. Politoloqlar hesab edir ki, Rusiya və ABŞ Suriyaya görə anlaşa bilməsə də müharibə ehtimalı o qədər də yüksək deyil. Ekspertlər hesab edir ki, hazırda Rusiya Qərbin, o cümlədən ABŞ-ın soyuq münasibətlərini istiləşməyə can atır. Rus rublunun dəyərdən düşməsi ilə ölkənin iqtisadi böhran içində çabalaması rus xalqı  tərəfindən ciddi etirazlarla qarşılanıb. Ruslar indi nəniki müharibə hayındadır, öz gələcəyini düşünməklə məşğuldurlar. Onlar  Putinin yeni addım gözləyirlər. Bu addım isə müharibə deyil, Rusiyanın keçmiş nüfuzunun geri qaytarılmasıdır. Ukrayna məsələsinə görə ciddi qınaq obyektinə çevrilən Putinin Suriya məsələsində hər hansı güzəşt edəcəyi isə real qəbul olunmur. O da qeyd olunur ki, ABŞ da indiki məqamda Suriya məsələsində hadisələri öz axarına buraxıb. ABŞ üçün Suriya və Bəşər Əsəd problem prioritet deyil. Sadəcə olaraq burda maraqlar toqquşur, deyə tərəflər biri-birinə güzəştə getmir. Ekpertlər hesab edir ki, problemin yeganə həlli Əsədin hakimiyyətdən getməsidir. Yəni, sonda ABŞ öz istəyinə qismən çatacaq. Belə ki, Əsəd hakimiyyətdən gedəcək, onun yerinə gətirilən şəxs isə Rusiya maraqlarına xidmət etsə də, Suriyanın milli birlyii təmin olunmayacaq. Belə demək mümkünsə, Suriya ABŞ və Rusiya arasında bölünəcək. Ayxan





Həftənin ən çox oxunanları