Yuxarı

Əli Kərimlinin "payız depressiyası”

Əli Kərimlinin

Uğursuz mitinqlər "Yurd” sədrini pessimizmə yuvarlayıb

Xalqın dəstək vermədiyi, yalnız Əli Kərimlinin şəxsi maraqlarına xidmət edən azsaylı mitinqlərdən sonra "Yurd” və Milli Şura düşərgəsində susqunluq dövrü davam edir.  Əslində bu nəticə gözlənilən idi. Çünki dost-tanış və "görüm-baxım” hesabına keçirilən, "Məhsul” stadionunun 10-dan birini belə doldurmağa yetməyən "mitinqlər” xalqın marağını ifadə etmirdi.  Milli Şuranın, başqa sözlə, "Yurd” sədri Əli Kərimlinin elan edib keçirdiyi mitinqləri yalnız gücsüzlüyün nümayişi adlandırmaq olardı. Əli Kərimlinin mitinqində iştirak edənlərin sayı onun sosial şəbəkələrdə yazdıqlarına gələn "bəyənmə”  sayı ilə bərabər olurdu. 

Bu günə qədər isə "Yurd”un lideri hətta saxta profilləri işə salmaqla 1200-dən yuxarı "layk” toplaya bilməyib. Əslində "Yurd” sədri özü də hansı potensiala sahib olduğunu yaxşı bilir. Mitinqlərə, yazdıqlarına, dedikləri gələn reaksiyalardan sonra Əli Kərimli süqutunu hər gün bir az daha hiss edir. Görünür, gücsüzlüyünü növbəti dəfə əyani şəkildə görən "Yurd” lideri "payız depressiyasına” düşüb. Seçki ərəfəsində iddiası olan hər bir siyasətçi müxtəlif yollarla xalqın etimadını qazanmağa, diqqət mərkəzinə gəlməyə çalışır. "Yurd” sədri isə digərlərindən fərqli düşünür. Onun məqsədi əbədi müxalifətdə qalmaq, təmsil olunduğu düşərgənin "lideri” olmaq və müxalifət adına xaricdən gələn qrantlara nəzarət etməkdir.  Onun bu siyasəti illərdir ənənəvi müxalifəti uğursuzluq zolağından çıxmağa qoymur.

Əli Kərimlinin "dar kafalı” bəsit siyasəti narazı elektoratı parçalayır. Onun trolları, fanatik  "yurdçular” da bilərəkdən və ya bilməyərəkdən prosesdə öz "liderlərinə” dəstək olurlar. Bu proses isə bütövlükdə cəmiyyətə ziyan verir. 

Ənənəvi müxalifəti saldığı çətin vəziyyət isə Əli Kərimlini çox az düşündürür. Onu düşündürən əsas məsələ bu proseslərin sonunda nə qədər qazanacağıdır. Bu gün Əli Kərimli üçün həyati vacib sual yalnız "siyasi səhnədə necə duruş gətirmək”, "hardan nə qədər qazanmaq” məsələləridir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, ənənəvi müxalifətin dağıdıcı missiyasını davam etdirir:  

"Hər seçkidən öncə  mitinq "şou”ları həyata keçirməklə öz mövcudluğunu qorumağa çalışan ənənvi müxalifətin missiyası, hakimiyyətə qarşı mübarizə deyil, yalnız digər siyasi partiyalara oponentlik etməkdir. Gələn il ölkədə prezident seçkiləri keçiriləcək. Seçkiqabağı siyasi partiyaların  aktiliyi artacaq. Amma ənənəvi müxalifətin apardığı siyasət xalqın siyasi proseslərdən kənarlaşmasına hesablanıb. Xalqın bütün etimadını itirən "Yurd” və Müsavat Partiyası ölkənin siyasi müxalifətində mövqeyini artıq tamam zəiflədib. Bu düşərgə çox ciddi deqradasiya keçirir. Son iki piket şəkilli  mitinq "şou”sundan sonra  Milli Şuranın mitinq taktikası  fiaskoya uğradı. Müsavatın sosial bazası isə demək olar ki, tükənib. "Facebook”da "blogger” fəaliyyətilə məşğul olan "Yurd” sədri "layk” toplamaqla özünü "lider" göstərməyə çalışır. "Layk” yığmaq taktikası sona yetən "Yurd” sədri  artıq qış yuxusuna gedəcək. Ənənəvi müxalifətin apardığı siyasət xalqın seçkilərdən çəkilməsinə hesablanıb. AXCP olaraq biz Azərbaycan müxalifətinin güclənməsinə və xalqı siyasətə cəlb etməyə çalışırıq. AXCP sədri Razi Nurullayev ana müxalifət uğrunda deyil, hakimiyyət uğrunda mübarizə aparır. Buna baxmayaraq AXCP ölkədə yeni siyasi dəyişikliklərə imza atacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları