Yuxarı

Ənənəvi müxalifət Qərbin "qara siyahısı”nda

Ənənəvi müxalifət Qərbin

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ancaq buna baxmayaraq, ənənəvi müxalifət düşərgəsində aktivlik hiss olunmur.Heç əvvəlki seçkilərdən fərqli olaraq, ənənəvi düşərgənin təmsilçiləri xarici ölkələrin, xüsusilə də ABŞ-ın Azərbaycandakı səfirliklərinə dəvət edilmirlər.Artıq uzun müddətdir ki, ənənəvi müxalifət təmsilçiləri ilə əlaqələrini kəsən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə yanaşı, Amerika səfirliyi də bu düşərgənin təmsilçiləri ilə görüşməkdə maraqlı deyil.Hər zaman bu görüşlər daha intensiv olurdu və əsas təşəbbüskar da ABŞ səfirliyi olurdu.Bu intensivlik seçki illərində xüsusilə, seçilirdi.

Sonuncu dəfə "Yurd” təşkilatının sədri Əli Kərimli bir neçə gün əvvəl amerikalı səfir Robert Sekuta ilə görüşsə də, bu görüşün əsas təşəbbüskarı Əli Kərimlinin özü idi.Yəni, səfirliyin belə bir niyyəti olmamışdı.Sadəcə, etik qaydalara görə təşəbbüsü geri çevrilməyib.

İran marşrutu üzrə

Digər müxalifət təmsilçilərindən fərqli olaraq Əli Kərimli istər cəmiyyətin, istərsə də səfirlərin gözünə girməyə çalışır.Lakin bu dəfə boyundan yuxarı tullana bilməyən "Yurd” sədri yerində sayır.Son illərdə heç bir yeniliklə yadda qalmayan Əli Kərimli siyasət meydanında ən durğun dönəmini yaşayır. Media, cəmiyyət və Qərbin unutduğu bu adam bütün gününü kompyuter qarşısında keçirir. Hər gün sosial şəbəkələrdə paylaşımlar edən "Yurd” sədri bu fəaliyyəti özünün işinə, vərdişinə çevirib.Hazırda daha çox İranın Azərbaycandakı dini-siyasi əqidəsinin daşıyıcılarının müdafiəçisi kimi çıxış edən Əli Kərimlinin rəhbərlik etdiyi kiçik təşkilatı da dini qurum təsiri bağışlayır.Son zamanlarda İrandakı dini-siyasi rejimin maraqlarından çıxış edən Əli Kərimlinin bu ölkədə baş verən son hadisələrə irihəcmli yazı həsr etməsi də təsadüfi deyildi.

O, açıq formada xalqın demokratik haqları qarşısında İranın totalitar rejimini müdafiə etdi və yazının sonunda Nardaran təxribatının təşkilatçısı kimi qeyd edilən ilahiyyatçı Tale Bağırzadəni də yada saldı və onu siyasi məhbus adlandıraraq, azadlıq tələb etdi. Əlbəttə, yerli və xarici demokratik qüvvələrin dəstəyindən məhrum olan "Yurd” sədrinin sonda İranın əbası altında gizlənəcəyi gözlənilən idi.Hələ 2013-cü ildə keçirilən prezident seçkilərində də müxalifətin ümumi maraqlarına xəyanət edərək, Rusiyaya sığınanda da Əli Kərimli bunun davamını gətirəcəyinə şübhə yeri qoymadı.

Yenə də pul davası

Hazırda isə hər şeydən əli üzülmüş Əli Kərimli öz ümidinə qalıb və o, özünü sosial şəbəkələrdə "diriltməyə” çalışır.Amma bu cəhdləri də heç nə ilə yadda qalmır.Sonuncu dəfə "Yurd” sədrinin ölkənin ictimai-siyasi gündəminə bomba kimi düşəcək hansı fikir səsləndirdiyi heç kəsin yadına gəlmir. İstər ölkə daxilində, istərsə də ölkə xaricində baş verənləri ümumi fikirlərlə şərh edən Əli Kərimlinin apardığı dava çoxlu "paylaşım”, "layk” yığmaq iddiasından o tərəfə keçmir. Seçki ili olduğuna görə virtual aləmdə bir qədər fəallaşsa da, çoxdan özündən uzaqlaşdırdığı cəmiyyətin dəstəyini qazana bilmir. Nə cəmiyyət onu yada salır, nə də o, cəmiyyətin dəstəkləyəcəyi adamdır.

Heç onun bu fəallığı da seçkilərə olan iddiası ilə bağlı deyil.Hakimiyyətə olan iddiasından çoxdan əl çəkmiş Əli Kərimlinin bütün seçki illərində şəxsi mənfəəti maraqlandırıb. Seçkilərlə bağlı ayrı-ayrı siyasi qüvvələrin layihələrində yer almağa çalışan "Yurd” sədrini bu baxımdan, bu il də nə qədər pul qazanacağı daha çox maraqlandırır. Elə buna görə də göz qabağında olmağa çalışır ki, layihələr üçün ayrılacaq maddi vəsaitlərdən nəsə qopara bilsin.

Mənsur





Həftənin ən çox oxunanları