Yuxarı

Özünü dəfn etməyə "utanan” Əli Kərimli

Özünü dəfn etməyə

"Yurd” sədri Əli Kərimli ətrafı ilə yanvarın 20-də Şəhidlər Xiyabana getdi. Xiyabana çatmamış baş verənlər bu gedişin ziyarət yox, elə gözdən pərdə asmaq üçün olduğunu sübut edirdi. Yanında həmişəki adamlar vardı. Yəni, şəkillərdə, bir də Milli Şuranın mitinqlərində tribunada yanında dayanan adamlar. 80-ci illərin axırlarında vəziyyət qarışanda, belə desək, Leninin Bakıdakı heykəli yerlə bir ediləndə və Azərbaycan müstəqillik yoluna qədəm qoyanda bir tərəfdən cəbhəçi, bir tərəfdən də kommunist olan Əli Kərimli prtiyanın son nəfəsini verməsi dəqiqləşəndə kommunsit biletini küçəyə atıb hərəkatçıların arasında gizlənəndən bu günədək siyasətə şou göstərmək üçün gəldiyini ayın 20-də də sübut etdi. Şəhidlərin məzarlarına çatmamış öz şousunu göstərən Əli Kərimli keçən neçə gündə öz ayıbını görüb susmaq əvəzinə hələ də özünü reklam edir.

Sosial şəbəkələr və xəbər saytlarında artıq bu məsələ müzakirə mövzusu kimi sıradan çıxsa da, "Yurd” sədri nədənsə təkidlə bu məsələnin üzərində çox dayanır və polisin bilərəkdən onun xiyabanı ziyarətinə mane olduğunu iddia edir. Sosial şəbəkədə videogörüntülərini də paylaşır. Hakimiyyətə və ona qarşı olan bütün insanlara atmacalı qeydlər də yazır. Yazır ki, polisin və hakimiyyətin yaratdığı "bütün maneələri” aşaraq məqsədinə nail oldu. Yəni, xiyabanı gördü, ətrafında da bir topa adam - həminki adamlar: Gültəkin Hacıbəyli, Gültəkin Hacıbəyli, Gültəkin Hacıbəyli və az tanınan digər adamlar, həm də Nurəddin Məmmədli. 

Möhkəm çırpılan əllərlə "müxalifət lideri”nə çevrilmə

Əli Kərimli polis qüvvələrinin xiyabana gedən yolun üzərində qurduğu "postlar”ın qarşısında dayanıb. Arxasında dayanan bir dəstə adam "Şəhidlər ölməz, vətən bölünməz”, "Azadlıq”, "İstefa” və s. kimi şüarlar səsləndirirlər. Qarşısında mikrafon olmayan Əli Kərimli də nəsə deyir. Həmin gün Bakıda külək əsirdi. Məkanın bir qədər açıq ərazidə yerləşməsi küləyin sürətini bir qədər də artırmışdı. Üstəgəl, həmin yer təpəlikdir. Əli Kərimlinin səsi də təbii qanunauyğunluğa görə eşidilmirdi. Qarşısında dayanmış və ona qulaq asmayan polislərə nəsə deyirdi. Arxasındakı adamlar da qışqırırdılar. Aləm biri-birinə dəymişdi. Nə Əli Kərimlinin dediyi sözlər qulaqlarına çatanlarla eyni şeyi ifadə edir, nə arxasında dayananların səs-küyü, nə də küləyin uğultusu nə dediyini eşitdirə bilirdi. Amma danışırdı. Dil boğaza qoymurdu. Əli Kərimli heç nəyə məhəl qoymadan, hislərinin, qızışmış emosiyasının ən dərin yerinə baş vurub özünü itirmişdi. Nə olduğu yerin fərqindəydi, nə də bura niyə gəldiyini bilirdi. Yanında bir az bərk "İstefa” qışqırıb möhkəm əl çırpan kimi həmişə özünü tribunada hiss edən bu adam yenə də meydanla başqa yeri səhv salmışdı. Həmin yer o an - hislərinin ən dərin qatlarından "yeganə müxalifət lider”i kimi yüksəyə çıxmış Əli Kərimli üçün elə "başqa yer” idi: Şəhidlər Xiyabanına gedən yol yox... 

Məzarlara da müxalif

Əlbəttə, hər şeyi, hətta, yeri gələndə özünü də ciblərindəki əsginaz kimi görməyə adət etmiş şəxs bundan başqa cür ola bilməzdi. Şübhəsiz ki, özünə haqq qazandırmaq və ayıbını görməzdən gəlmək yerinə öz yanlış "həqiqətləri”ni hər şeylə müxalifətçilik etmək kimi qəbul edən bir adam üçün harada olduğu, nə etdiyi heç bir fərq yaratmır. Yeri gələndə Şəhidlər Xiyabanında dəfn edilmiş şəxslərin diri olduqları dövrdə onlara nifrət də edə bilər. Hesab edə bilər ki, əgər o şəxslər diri olsaydılar, indi onu dəstəkləməyəcəkdilər. Şəhid məzarlarına da müxalifdir. Yerin öz oxu, yaxud Günəş ətrafında fırlanmasına dair ən inanılmaz elmi kəşflərin edildiyi vaxt Əli Kərimlinin hələ də dünyanın onun ətrafında fırlandığını düşünməsi, hər halda tamam başqa bir şey olmalıdır. Bu, elə bir şeydir ki, Əli Kərimlinin başını bədənindən uzağa atıb, elə bir nöqtəyə qoyub ki, gözləri yalnız özünə fokuslanıb. Həmişə eyni, amma eynisindən çoxlu olan geyiminə baxır. Bəzi məmurlar kimi... Yəni, özündən başqa heç kəsi görmür. Görsə belə, həmin şeyləri öz arxasınca sürünən və onun üçün əl çırpan kölgələrdən başqa heç bir mahiyyət kəsb etmir.

Özünə heyfi gəlir, amma...

Əli Kərimli özündən və özünə dair pis, yaxud yaxşı fərqli yoxdur, mövzu açdırıb danışmağı, danışdırmağı sevir. Şübhəsiz ki, o, özünü tənqid edən adamları da sevir. Uğursuzluğun və iddiasızlığın, özünübəyənmişiliyin bir otağa atıb bütün dünyanın qapılarını üzünə bağlatdırdığı bu adamın pis, ya yaxşı formada yada düşməsi indi onun sevinə biləcəyi yeganə "uğurudur”. Haqqında mətbuatda gedən ən pis formada yazılmış yazıya belə sığınıb özünün hələ də "diri” olduğuna inanır. Siyasət meydanında çoxdan "öldüyünü” özü də bilir, lakin özünü "basdırmağa” utanır. Belə desək, özünə heyfi gəlir.

Mənsur





Həftənin ən çox oxunanları