Yuxarı

AXCP Məhəmməd Əmin Rəsulzadənin xatirəsini andı

AXCP Məhəmməd Əmin Rəsulzadənin xatirəsini andı

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar ulu öndərin Novxanıda yerləşən büstünü ziyarət edib. 

Cebhe.info-ya verilən məlumata görə, tədbirdə AXCP rəhbərliyi, partiya funksionerləri, şöbə sədrləri, üzvlər iştirak edib. 

Cebhe.info-ya açıqlamasında AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli deyib ki, M.Ə.Rəsulzadəni ziyarət etmək hər kəsin mənəvi borcudur:"Hər il olduğu kimi bu il də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etdik. Partiya olaraq hər zaman Rəsulzadə ideya-siyasi xəttinin davamçısı olduğumuzu bəyan edirik. Öndərimiz Rəsulzadəni ziyarət etmək bizim həm də mənəvi borcumuzdur. Məhəmməd Əmin müstəqil Azərbaycanın qurucusudur. Bu gün müstəqil ölkədə yaşayırıqsa, bunu Cümhuriyyətin əsaslarını qoyan Rəsulzadəyə və digərlərinə borcluyuq”.

Mərasimdən sonra AXCP təmsilçiləri  ulu öndərin ata və babasının məzarını da ziyarət edib.

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları