Yuxarı

Əli Kərimlinin 25 illik "düşmən siyahısı”

Əli Kərimlinin 25 illik

"Yurd” sədrinin siyasətin, müxalifətin, tənqidin və hətta təhqirin də "ağası” olmaq arzusu

Azərbaycanın Hollandiyadakı keçmiş konsulu, istefa verdikdən sonra müxalif mövqedə dayandığını bəyan edən Nahid Cəfərovun "Yurd” sədri Əli Kərimliyə qarşı virtual mübarizəsi artıq yeni mərhələyə qədəm qoyub.Keçmiş diplomat indiyə qədər ünvanına müxtəlif tənqidlər səsləndirdiyi Əli Kərimlini bu dəfə videobəyanatla divara dirəyib.İkisi arasında münaqişə səviyyəsinə qalxan mübahisəyə keçmiş diplomatın öz Facebook səhifəsində Əli Kərimini azca tənqid etməsi rəvac verib. Tənqidə dözümsüzlüyünü artıq siyasi xəstəlik halına gətirən Əli Kərimlinin ünvanına deyilən kiçik bir əks fikir  dərhal saxta profillərin "səlib yürüşü” ilə müşayiət olunur ki, bu dəfə də istisna olmadı. 

İkisi arasında artıq "Yurd” tərəfindən təhqirlərlə müşayiət olunan qarşıdurma Əli Kərimlinin Rusiya hakimiyyətinə "loyal” münasibətindən və həmişəki kimi Azərbaycan xalqını günahlandırmasından başlayıb.Kərimli hesab edir ki, Kreml siyasi müxalifətə qarşı daha loyal davranır və Azərbaycanda müxalifətin zəifliyində həm də xalq günahkardır.Bundan daha rahatı varmı?Öz bacarıqsızlığını və bağışlanması mümkün olan bacarıqsızlıqdan daha da irəli gedən siyasi oyunların iştirakçılığının xalqda yaratdığı etimadsızlığı görməzdən gəlmək və bütün tənqidləri xalqa yönəltmək. "Yurd” sədri düşünürmüş ki, xalq küçələrə axışaraq onu hakimiyyətə gətirəcək və o, neçə il müxalifətdə olmağın "əzabını” hakimiyət kreslosunda yırğalana-yırğalana unudacaq. Keçmiş konsul da bu arzunun heç də ədalətli olmadığını bir-iki cümlə ilə "Yurd” sədrinə xatırlatmamış qiyamət qopub."Əgər bir siyasi lider 25 illik mübarizədən sonra belə deyirsə, bu, onun tükəndiyini göstərir.Siyasi lider özünü necə qurban obrazında təqdim edə bilər?Əgər Azərbaycanda xalq özü qalxacaqdısa, o zaman müxalifətə, siyasətçilərə nə ehtiyac vardı? Tutaq ki, Kərimlinin dediyi kimi xalq hərəkatı oldu, bəs bu hərəkat sosial partlayışa çevriləcəksə, ona kim nəzarət edəcək?” Bu sözlər kifayət edib ki, özünə qarşı xırda bir tənqidi belə həzm edə biməyən Əli Kərimli "ağır artilleriyalarına” işə başlamaq əmri versin.Keçmiş diplomata qarşı Facebook-da Kərimli tərəfdarlarının "səlib yürüşü” başlayıb.Hərçənd bu "tərəfdarların” neçə nəfər olduğunu söyləmək, ümumiyyətlə, var olub-olmadıqlarını demək də mübahisəlidir."Qeybətcillər” deyir ki, Əli Kərimli öz müdafiəsini kimsəyə etibar etmir, hərçənd etibar edəcək adamı da yoxdur və buna görə "Yurd” sədri bir neçə profili eyni anda idarə etmək kimi bacarığa da yiyələnib.

İnsafən, bu işi bacarır, ən azından siyasətdən daha yaxşı bacardığı ortadadır. Ara-sıra üslub eyniliyinin  onu "ələ verdiyini” nəzərə almasaq, Kərimli üçün Facebook-da "at oynatmaq” meydanda çıxış etməkdən daha rahatdır. Bir anda keçmiş diplomatı "MTN agentindən tutmuş müxalifətə atılan desanta” qədər hər şeydə ittiham edən "Yurd”çular özlərini siyasətin, müxalifətin, tənqidin və hətta təhqirin də ağası kimi aparmağa başladılar.Keçmiş diplomatı bilmirəm, amma Azərbaycandakılar, bu oyunları illərlə izləyənlər üçün yenilik yox idi.Tam bir Əli Kərimli üslübü- "Məni tərifləmirsənsə, düşmənsən”, "Məni tənqid edirsənsə, düşmənsən”, "Məni alqışlamırsansa, düşmənsən”.  Beləcə keçmiş diplomat da bir anda "Yurd” sədrinin kifayət qədər uzun "düşmən  siyahısı”na daxil edildi. Harada başladığı bəlli olsa da, harada qurtaracağı bəlli olmayan bu "düşmən” siyahısında bircə nəfər belə diqqətdən kənarda qala bilməz.Əli Kərimli kini buna imkan verməz.

Siyasəti də kin üzərində quran "Yurd” sədri üçün keçmiş diplomatın "Kərimlinin bu günə qədər siyasətdə heç bir uğuru olmayıb, 25 illik siyasi fəaliyyətində heç nəyə nail ola bilməyib, ancaq partiyasında öz şəxsiyyətinə pərəstiş formalaşdırmaqla məşğul olub. Bu adam ölkəyə guya liberal dəyərlər gətirmək istəyir, ancaq onu azacıq tənqid etdim, mənə yazılmayan təhqirlər, söyüşlər qalmadı. Onun tərəfdarlarından bir nəfəri də demədi ki, ay qardaş, təhqir niyə yazırsan? Bəyəm bu adam Əli Kərimlinin şəxsiyyətini, ailəsini təhqir edib? Əgər Kərimli rüşvət alan hansısa adi məmura görə hakimiyyəti günahlandırırsa, deməli, onun sosial şəbəkələrdə söyüş yazan tərəfdarlarına görə də məsuliyyəti o daşımalıdır. Bu adam ölkəyə liberal dəyərlər gətirmək istəyir, amma özü həmin dəyərləri tapdalayır” sözləri bir batman balla da yeyilə bilməyəcək cinsdəndir. Bütün fəaliyyətini lider olmağa yox, lider kimi görünməyə həsr edən Əli Kərimli "Sən bu 25 ildə nə etmisən?” sualına cavab tapmaqdansa, sual verən dilləri kəsməyə hədəflənib.İndilik onun buna yetəcək qədər imkanı yoxdur, hələlik Facebookla kifayətlənir, amma bəlkə xəyallar da qurur. Tanrı Azərbaycanı o xəyalların gerçəkləşdiyi gündən qorusun!

Elnarə Kərimova






Həftənin ən çox oxunanları