Yuxarı

Razi Nurullayevin sənədləri MSK-ya təqdim edildi

Razi Nurullayevin sənədləri MSK-ya təqdim edildi

Prezidentliyə namizədliyi irəli sürülən AXCP  sədri Razi Nurullayevin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim  edilib.

Bu barədə Cebhe.info-ya  AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli bildirib.

Qeyd edib ki, "Cəbhəcilər" Təşəbbüs Qrupu 110 nəfərin imzası ilə  Razi Nurullayevin  namizədliyini irəli sürüb. Bildiriş vərəqəsi və lazımi sənədlər bu gün MSK-ya təqdim edilib:

"Seçki Məcəlləsinə uyğun olaraq 5 gün ərzində baxılıb cavab veriləcək. Ondan sonra rəsmi olaraq imza vərəqələri götürəcəyik".

R. Daşdəmirli qeyd edib ki, lazımi sayda imza toplamaq cətin olmayacaq: "Bu mərhələyə də hazırlıq gedir və imza toplamaq bizim üçün çətin olmayacaq".

Vilayət Muxtar






Həftənin ən çox oxunanları