Yuxarı

AXCP imzatoplama kampaniyasına başlayır - SEÇKİ 2018

AXCP imzatoplama kampaniyasına başlayır - SEÇKİ 2018

Seçki marafonuna qoşulan, namizədliklərini irəli sürən siyasilər ilkin mərhələni keçərək imza vərəqələrini almağa başlayıb. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayevin namizədliyi də "Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən irəli sürülüb. 

Məlumata görə, artıq Mərkəzi Seçki Komissiyası müraciətə baxıb və Təşəbbüs Qrupu üzvlərinə imza vərəqələri verilib. AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli prosesin gedişatı ilə bağlı Cebhe.info-ya açıqlama verib. 

Rafiq Daşdəmirlinin sözlərinə görə, fevralın 20-dən etibarən Razi Nurullayevin imzatoplama kampaniyasına start veriləcək: "İmza vərəqələrini fevralın 18-də götürmüşük. Bu gün imzatoplama kampaniyası ilə bağlı partiyanın qərargahında iclas keçirəcəyik. Artıq 20 fevral tarixindən imzatoplama kampaniyasına başlayacağıq. Hazırda texniki məsələlər həll olunur. Namizədimiz Razi Nurullayevin adına bank hesabı açılandan 24 saat sonra prosesə start verəcəyik”. 

R.Daşdəmirli qeyd edib ki, imzaların 60 dairədən toplanması nəzərdə tutulub: "Qanunvericiliyə görə, respublika üzrə minimum 60 dairədən imza toplamaq lazımdır. Artıq bu istiqamətdə bütün məsələlər həll olunub. Son məsləhətləşmələr aparılır. Hesab edirəm ki, imzatoplama kampaniyası çətin olmayacaq. Çünki biz partiyayıq və bir partiya üçün 45 min imza toplamaq çətin  olmamalıdır”. 

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları