Yuxarı

Razi Nurullayevə dəstək qazandıran siyasət

Razi Nurullayevə dəstək qazandıran siyasət

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, namizədliyi "Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən irəli sürülmüş  Razi Nurullayev siyasi səhnədə aktivliyi ilə seçilən siyasətçilərdəndir. Radikal mübarizənin əleyhinə olan partiya rəhbəri sivil yolla hakimiyyətə gəlmək üçün seçki marafonuna qoşulduğunu bəyan edib.Qeyd edək ki, Razi Nurullayev prezident seçkilərində iştirak edəcəyini 2015-ci ilin dekabr ayında rəsmən açıqlamışdı.AXCP sədrinin seçki marafonuna qoşulmasından sonra ötən müddətdə, istər namizədliyin irəli sürüldüyü dönəmdə, istərsə də imzatoplama kampaniyasının gedişində Razi Nurullayevə dəstək hiss edilib.

"Cümhuriyət” qəzetinin "Xalq niyə Razi Nurullayevi dəstəkləməlidir?” sualına cavabında siyasətçilər səbəbləri açıqlayıblar.

"Xalq ona etimad edir”

AXCP Ali Məclisin sədri Rafiq Daşdəmirli "Cümhuriyət” qəzetinə şərhində siyasətdə əsas məsələnin nəticə əldə etmək olduğunu deyib. R.Daşdəmirli hesab edir ki, Elçibəyçilik ideologiyasının sadiq, səmimi davamçısı olmaq xalqdan dəstək almağa kifayət edir:

"Razi Nurullayev hər zaman Rəsulzadə-Elçibəy ideya-siyasi  xəttinə  sadiqlik nümayiş etdirib. Bunu Razi Nurullayevin fəaliyyətindən də açıq şəkildə görmək olar.

O, hər zaman dövləti dağıtmaq yox, qorumaq məqsədi güdüb. Heç bir xarici kəşfiyyatın qulu olmayıb.Radikal mübarizənin tərəfdarı deyil.Siyasi fəaliyyətini sırf nəticə, yəni hakimiyyətə gəlmək üzərində qurub.Hər zaman xalqın, milli problemlərin həllində isə dövlətin yanında olmağın tərəfdarıdır.Dövlətçilik ideyalarına sadiqdir.Hakimiyyətə qarşı qaragüruhçuluq etmir, sivil yolla mədəni dəyişiklik etmək niyyətindədir.Xalqın rifah halının yüksəldilməsi üçün mübarizəsindən heç vaxt dönmür.Lazımi məqamlarda hakimiyyəti ən sərt formada, təbii ki, söyüş və təhqir olmadan tənqid edir.

Demokratik, mədəni bir ölkə yaratmaq məqsədindən dönmür. Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyətinin ənənələrini daim qoruyub saxlamağın,  inkişaf etdirməyin tərəfdarı olub. Bu sadalanan faktlar bu gün Razi Nurullayevin fəaliyyətinin yalnız bir hissəsidir.Razi Nurullayev hər zaman xalqla bağlı ən xırda məsələni belə diqqətində saxlayır, imkanları çərçivəsində müdaxilə etməyə çalışır.Bizim AXCP olaraq keçirdiyimiz tədbirlərdə yüzlərlə insan iştirak edib.Son olaraq qadınlarla görüş keçirdik və tədbirə yüzlərlə qadın gəldi.Ondan öncə gənclərlə keçirdiyimiz görüş də eyni qaydada izdihamlı oldu.Bunların hamısı Razi Nurullayevə olan etimadın göstəricisidir”.

AXCP mətbuat xidmətinin keçmiş rəhbəri Vüsal Qarayev də deyib ki, Razi Nurullayevin fəaliyyəti səmimiyyət üzərində qurulub:

"AXCP-ni yenidən formalaşdırdığı gündən Razi Nurullayev səmimi, səviyyəli, ənənəvi müxalifətçilikdən-qaragüruhdan, şantajdan, söyüş-təhqirdən, şər-böhtandan uzaq, sivil, savadlı, intellektual mübarizə tərəfdarı olduğunu bildirdi. Biz də partiya olaraq fəaliyyətimizi bu dəyərlər üzərində qurduq. Əvvəllər bizi  düzgün anlamadılar. Bu da normaldır.Ənənəvi müxalifət cəmiyyətin bir hissəsini müxalifətçiliyin yaxşı söyüş söymək olduğuna inandırıb.Lakin zaman keçdikcə cəmiyyətdən çox müsbət reaksiyalar almağa başladıq.Bunun da məntiqi nəticəsi kimi günü-gündən sıralarımız genişlənməkdə davam edir.İnsanlar illərdir yalnız söyüş, təhqir üzərində qurulan nəticəsiz fəaliyyətdən artıq bezib.Vəziyyət o qədər acınacaqlıdır ki, xalq "müxalifət-müxalifət” oynamaqdansa, taleyinə boyun əymiş olur”.

Vüsal Qarayev sonda hər kəsi Razi Nurullayevə dəstək olmağa çağırıb:

"Razi Nurullayevin hədəfində isə yalnız xalqın mənafeyi, güzəranı, işıqlı sabahı var. Bizim yolumuz Elçibəy yoludur. O yol səmimi, ədalətli, şərəfli, vicdanlı yoldur.

O yolun finalında ədalətli idarə olunan, vətəndaşı gözəl, xoşbəxt yaşayan, ərazi bütövlüyü təmin olunmuş, güclü Azərbaycan var. Buna görə də vətəndaş Razi Nurullayevə səs verməlidir. Lakin biz bunu da deyirik ki, başqa namizədlərə səs vermək istəyənlər də seçkidə iştirak etsinlər.Çünki bu zaman nəticələrə müdaxilə etmək asan olmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları