Yuxarı

"Mitinq sezonu”nu bitirən səbəblər

Xəbər verdiyimiz kimi, martın 10-da "Məhsul” stadionunda Milli Şuranın təşkilatçılığı ilə ənənəvi müxalifətin birgə mitinqi keçirildi.Aksiyada Müsavat və "Yurd” təşkilatı istisna olmaqla, bu düşərgədən heç bir siyasi partiya iştirak etmədi.REAL Hərəkatı Milli Şuranın təklifini rədd etmişdisə, digər ictimai-siyasi əsaslı təşkilatlara isə ümumiyyətlə, müraciət edilməmişdi.

Mitinq yenə azsayılı iştirakçı  ilə yekunlaşdı. Müsavat və "Yurd”un həmişəki kimi azsaylı üzvləri və tərəfdarları meydanı doldura bilmədi. Mitinq təşkilatçıları tribunadan mitinqin davamlı olacağı anonsunu versələr də, Milli Şuradan kənara sızdırılan məlumatlar tamam başqa məqamlardan xəbər verir.Belə ki, təşkilatçıların mitinqləri dayandırmaq barədə qərar verdiyi bildirilir.

Əli Kərimli başqanı aldadıb?

İlkin məlumata görə, Milli Şuranın bu qərara gəlməsinə səbəb mitinqdən sonra Müsavat Partiyası və "Yurd” sədri Əli Kərimli arasında yaranmış anlaşılmazlıq olub.Mitinq üçün ayrılmış pulların bölüşdürülməsi üstündə düşən mübahisədən sonra Müsavat rəhbərliyi Əli Kərimliyə etiraz olaraq, geri addım atıb. Belə ki, mitinqə ayrılmış pulun "Yurd” sədrinin əlində olduğunu bildirən mənbə qarşı tərəfin bu pullardan Müsavat rəhbərliyinə vəd edildiyindən az verildiyini deyib. Müsavatın xəbərdarlığına baxmayaraq, əlini cibinə salmaqdan imtina edən Əli Kərimli bununla əzəli rəqibinin dəstəyindən məhrum olmaqla yanaşı, silsilə mitinqlərin dayandırılmasına da şərait yaradıb.

Müsavat daxilində Arif Hacılıya qarşı "gizli qiyam”

Digər yandan, Müsavat rəhbərliyinin Milli Şuranın mitinqlərində iştirak etmək barədə qərarı əvvəldən partiya üzvlərinin narazılığına səbəb olmuşdu.İştirak etməmək qərarına gəldikdən sonra kütləvi etirazlar qarşısında qalan partiya növbəti gedişdə şuranın təklifinə müsbət cavab verməklə, özünü qınaq obyektinə çevirmişdi.Bu, bir neçə partiya üzvünün Müsavatın sıralarından getməsinə şərait yaratdı. Bir tərəfdən də Tofiq Yaqublunun başqan müavinliyindən göndərilməsindən sonra rəhbərlik daxilində yaranmış "çat” bir qədər böyüməklə yanaşı, Müsavatda başqan Arif Hacılıya qarşı olanlar parçalanmanı dayandırmaq üçün onu könüllü şəkildə istefa verməyə çağırdılar. Milli Şuranın mitinqinə təşkilatçı qismində qatılması isə başqana qarşı başlamış "gizli qiyam”ı açıq müstəviyə çıxardı.İndiki vəziyyətdə Arif Hacılının mitinqlərə qatılmaqdan imtina etməsi qərarının bir tərəfindən də bura bağlanıldığı iddia edilir.

"Yurd” sədrinin uğursuz cəhdləri

Bir sıra mənbələr isə Milli Şuranın mitinq keçirməkdən imtina etməsini maliyyə çatışmazlığı ilə əlaqələndirirlər. Əldə etdiyimiz məlumata görə ilk mitinqi  keçirdikdən Əli Kərimli özünə daha çox maliyyə dəstəkçisi tapacağına ümid edirdi. Lakin Müsavatın da nümayişdə iştirak etməsi, bu planın həyata keçməsinə zəmin yaratmadı.Mitinqdən əvvəl səfirliklər və qurumların Bakıdakı nümayəndəliyi ilə təmaslarını sıxlaşdıran "Yurd” sədri ümid edirdi ki, şuranın mitinqlərini maliyyələşdirəcək mənbələrlə anlaşa biləcək.Lakin sövdələşməsi və gözləntisi baş tutmadıqdan sonra mitinqləri dayandırmaq barədə Milli Şura sədri Cəmil Həsənliyə göstəriş verib.Yaxın günlərdə qərarın ictimaiyyətə açıqlanacağı bildirilir.

Mənsur






Həftənin ən çox oxunanları