Yuxarı

Razi Nurullayevin Masazırda möhtəşəm görüşü

Razi Nurullayevin Masazırda möhtəşəm görüşü

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir.

Cebhe.info xəbər verir ki, bu gün prezidentliyə namizəd Razi Nurullayev Masazır qəsəbəsində seçicilərlə görüşüb. 

Görüş Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Görüş çərçivəsində Razi Nurullayev özü haqqında qısa məlumat verib, seçki proqramı, görəcəyi işlərlə bağlı danışıb, iştirakçıların suallarını cavablandırıb. 

Tədbirdə iştirak edənlər Razi Nurullayevin seçki kampaniyasına dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, Razi Nurullayevin Masazırda seçicilərlə keçirdiyi görüş ölkədə fəaliyyət göstərən KİV tərəfindən də işıqlandırılıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları