Yuxarı

Prezidentliyə namizəd Razi Nurullayev İmişli seçiciləri ilə görüşüb

Prezidentliyə namizəd Razi Nurullayev İmişli seçiciləri ilə görüşüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir.

Cebhe.info xəbər verir ki, bu gün prezidentliyə namizəd Razi Nurullayev İmişli rayonunda seçicilərlə görüşüb. Görüş İmişli rayon Mədəniyyət Mərkəzində baş tutub.

Razi Nurullayev seçki proqramından və seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. Prezidentliyə namizəd xüsusi olaraq hər ailəyə 10 min manat verilməsi məsələsindən və kreditlərin bağışlanmasından danışıb.

Görüşdə iştirak edən seçicilər Razi Nurullayevə dəstəklərini ifadə ediblər. Razi Nurullayev seçicilərin şikayətlərini dinləyib və səslənən fikirlərlə bağlı məsələ qaldıcağını diqqətə çatdırıb.

Qeyd edək ki, prezidentliyə namizəd Razi Nurullayev görüşləri digər rayon və qəsəbələrdə də davam edəcək.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları