Yuxarı

Seçki kampaniyasında bir ilk

Seçki kampaniyasında bir ilk

AXCP sədri, prezidentliyə namizəd Razi Nurullayev Pirallahı rayonunda keçirdiyi  görüşdən yazıb.

Cebhe.info xəbər verir ki, R.Nurullayev görüşün olduqca gözəl keçdiyini bildirib: "Çox bəyəndim. Hörmət və təhlükəsizlik üçün polislərin də bizə diqqət göstərməsi, müşayiət etməsi də gözümüzdən yayınmadı və xoş oldu. Pirallahı rayonunu da gəzdim, çox dəyişib. Ən çox bəyəndiyim yerlərdən biridir. Sevinirəm ki, büsbütün yaxşılığa doğru dəyişib. Əhalinin 200 illik su problemi birdəfəlik həll edilib.

Çoxlu yaşıllıqlar salınıb. Bəlkə də yeganə rayondur ki, hər şey plan üzrə tikilir və həll edilir. Bunu çox bəyənirəm.

Görünən budur ki, icra hakimiyyəti yaxşı işləyir, doğru addımlar atır. Təbrik edirəm bütün Pirallahı sakinlərini ki, problemləri həll edilir. Bəyəndim". Bununla belə namizəd vurğulayıb ki, görüləsi çox işlər var:"Problemlər iki yüz ildir yığılıb qalıb. Amma həll ediləcək. Bu inkişafı gördüm. İnşallah, Pirallahı sakinləri mənə etimad göstərsələr, işlər daha da sürətlənəcək və bütün problemlərin həlli üçün lazımi vəsait ayrılacaq.

Əsas gərək kadrlar yerində olsun. Düzgün kadrlar düzgün işlər görür. Mənim iqtidarım olarsa, vəzifə sahibləri ən bacarıqlı kadrlar arasından seçiləcək və özünü sübut etmiş kadrlar  irəli çəkiləcək.

Pirallahı rayonunun rəhbərliyinə, icra hakimiyyətinin başçısı Vasif İmanova təşəkkürümü bildirirəm ki, normal iş qurub və rayon gördüyüm ən planlı rayondur.
Deməliyəm ki, bu siyasətdə olduğum müddətdə icra hakimiyyətini bəyəndiyim və təşəkkür etdiyim ilk hadisədir.

Buna qədər heç kimə nə təşəkkür etmişəm, nə də işini 100% bəyənmişəm. Fikrimi dəyişdiyiniz üçün təşəkkür edirəm".






Həftənin ən çox oxunanları