Yuxarı

Əli Kərimlinin mərhələli mühacir planı

Əli Kərimlinin mərhələli mühacir planı

İllərdir yazılır, deyilir, ortaya nümunələr qoyulur, hər dəfəsində deyilənlər təsdiqini tapır. Amma onlar yorulmur, syasətbazlıq oyununundan qazandıqlarını gənclərlə xərcləyirlər, əslində isə elə o gənclərin özlərini xərcləyirlər. Yaşlı nəsil tükənib, xərcləyə biləcəklərini gen-boluna məhv ediblər, həbsə göndərə bildiklərini göndərib, ümidini məhv edə bildiklərini çıxılmaza sürükləyiblər, özlərindən də, xalqdan da, dövlətdən də üz döndərmələrinə nail olublar. İndi növbə gənclərdədir. O gənclərdə ki, onların çoxunu nə Azərbaycandakı siyasi proseslər, nə ölkənin gələcəyi, nə supergüclərin toşqquşması maraqlandırır.

Onların çoxunu sadəcə və sadəcə, daha yaxşı gələcək üçün ölkəni tərk etmək maraqlandırır, maraqlarının təmini üçün yön seçəndə qarşılarında bir seçənək dayanır- Əli Kərimli və onun aksiya çağırışları. Çağıran da, bu çağırışa gedən də əslində söhbətin nədən getdiyindən xəbərdardır. Ola bilsin ki, bir-birilərinə etiraf etmirlər, amma bilirlər, kimin nə istədiyini tərəflərin hər biri yaxşı bilir və bunun təminində müvəqqəti "silahdaş” obrazına girmək o qədər də çətin görünmür. Necə ki, indiyə qədər bu obraza girən neçə-neçə şəxsin adı sərhəddən o tərəfdən eşidlib, getdikləri müddətdən oturum ala bilmək üçün radikal müxalifət oyununa başlayıb, oturum aldıqdan dərhal sonra gəldiyi ölkəni də, problemlərini də, hüquq və azadlıqlar uğurunda "müqəddəs mübarizə”ni də unudub başı həyat təminatna qarışıb. Zatən bütün çığır-bağırlar da bunun üçün deyildimi?

Nəticəsini əldə etdiyi "mübarizəni” davam etdirmək əlavə yorğunluq və arzuedilməz məşğuliyyətdir... Əli Kərimlinin çağırışı ilə son illər "Məhsul” stadionuna gedənlərin arasında ömrünü "yorğun demokratlıqda” keçirənlər də var, amma sayları getdikcə azalır, yerlərini isə xaricə mühacirət etmək arzusu ilə alışıb-yananlar tutur. Aralarında hər cür adam var. Sahibi olduğu mağazanı mitinq günü bağlayıb oğrun-oğrun ancaq "selfie” çəkdirmək üçün meydana gedənlərdən tutmuş, daha radikal olduğunu göstərib kameralar qarşısında boy göstərənlərə qədər. Hər kəsin hərəkəti məqsədinə və imkanına uyğun olur. Birinci mağazasını, evini, mal-mülkünü satıb xaricdə yaşamını təmin etmək və bunu "siyasi fəaliyyətlə” pərdələməyi rahat yol hesab edən "alverçilərin” məsləhətinə qulas asırsa, ikincilər özləri məsləhətçidir. Onlar proseslərdən az-çox xəbərdardırlar, daha əvvəl oturum almağa müvəffəq olan həmfikirləri ilə təmas halındadırlar, yol-yöntəmini bilirlər, ona görə də onlar üçün kameralar tərəfindən görüntülənmə, hətta həbs, oğurlanma, təzyiq, qohumlara hədə-qorxu variantları daha müqabildir. Belə halda səsi daha bərk çıxır. O qədər bərk ki, təkcə Almaniya torpaqlaırnın miqrasiya idarələrində yox, başqa-başqa ölkələrin mətbuatında, hesabatlarında da yer alır. Beləliklə, seçim imkanı daha da artır. Özündən nə qədər çox bəhs etdirsən, mətbuata manşet olsan, hələ üstəlik, özünü oğurlada bilib bir-iki videonun da yayılmasına nail olsan, dərd etməyi bir tərəfə tulla. Səni özləri aparacaqlar, özün istəməsən belə... Bu günlərdə ictimai fəal kimi təqdim edilən Fatimə Mövlamlını Azərbaycanın Qazax rayonundakı Sınıqkörpü sərhəd-keçid məntəqəsindən Gürcüstana buraxmayıblar. F.Mövlamlı "Amerikanın Səsi”nə bildirib ki, sərhəd-keçid məntəqəsində onun ölkədən çıxışına Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfində "stop” qoyulduğunu deyiblər. M.Mövlamlının dediyinə görə, qara ciyərindən müalicə olunmaq üçün Gürcüstana gedirmiş. Bura qədər hər şey normal görünür, dəfələrlə kimlərinsə ölkədən çıxışına qadağa qoyulması xəbərlərini oxumuşuq. Məsələn, "Meydan”çılar arasında hələ də bu qadağası götürülməyən əməkdaşlar var. Fatimə Mövlamlı da son zamanların parlayan "meydan ulduzu”dur. Bu il martın 31-də yoxa çıxması ilə bağlı məlumat yayılıb. O, yalnız aprelin 5-də üzə çıxıb, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib. Öz iddiasına görə, Bakıda "Diktatoru tanıdaq" aksiyasını keçirdiyi üçün saxlanılıb. Mövlamlı ortada olmadığı müddətdə anası qızının Əli Kərimli ilə birgə fotolarını paylaşan mətbuata az qala "od püskürüb”. Qızının heç bir siyasi-ictimai fəaliyyəti olmadığını deyib. "Ana ürəyidir” deyib, övladı üçün narahatlığını anlayırıq. Hətta məhkəmə belə yaxın qohumları bir-birinin leyhinə şahidliyə məcbur etmir. Biz də ittihamın tərəfdarı deyilik, üstəlik, bu gənc xanım və digərlərinin şəxsi həyatına dair görüntülərinin yayılmasının qəti əleyhinəyik. Amma əgər insanlar şəxsi həyatlarından belə öz məqsədləri üçün istifadədə israrlıdırlarsa, o zaman deyiləcək söz qalmır. Zatən, dəfələrlə bu cür davranışların şahidi olmuşuq, "Əli Kərimlinin silahdaşı” olmaqdan qürur duyduqlarını onun foto və çıxışların "like” etməklə eyniləşdirən bir qrup üçün bu, xaricə açılan qapıdır. Bu qapının daha geniş aralanması üçün Əli Kərimli də öz imkanlarından istifadə edir.

Biznesə çevirdiyi mühacirləri yetişdirir, meydanlara çıxarır, onlarla kamera qarşısında poz verir, "selfie”lərdə gülümsəyir, sonrası artıq qalıb şəxsin bacarığına. Bura qədəri "Yurd” sədri və onun rəhbərliyində işləyənlərin fəaliyyət sahəsidir, sonrası şəxsin ölkə xaricində özünü siyasi mühacir kimi tanıtmaq bacarığına qalıb. Bu zaman mühacir biznesində yer alan ikinci qrupun işi başlayır. Təlimatlar verilir, sosial şəbəkədəki fəaliyyəti tənzimlənir. Yazılacaq statusların mövzusu müəyyən edilir, daha radikal görüntü yaratmaq üçün hətta təhqirlərdən də vaz keçirilmir, nə qədər çox təhqir, o qədər çox əks -reaksiya. Üçüncü mərhələdə iş miqrasiya idarələrindəki sorğu-sualda özünü Azərbaycanda hakimiyyət əleyhinə siyasi mübarizənin mərkəzi qüvvəsindən biri kimi təqdim edib status qoparmaq oyunundakı bacarığa qalıb. Hərçənd ki, son zamanlar bu bacarıqla Avropadakıları inandıranların sayı getdikcə azalır, amma Azərbaycanda olduğu müddətdə meydanda oyununu yaxşı quranlar hələ də təəccübləndirməyi bacarır... 

Elnarə Kərimova






Həftənin ən çox oxunanları