Yuxarı

Vətəni təhqir et, status qazan: "Mühacir biznesi”nin "qaydalı döyüşü”: Yaxud Əli Kərimli fərarini necə "siyasi”yə çevirdi?

Vətəni təhqir et, status qazan:

Gözlənilən oldu. Xaricdən idarə olunan və hansı məqsədlərə xidmət etdiyi şübhə doğurmayan söyüş savaşı başqa müstəviyə keçdi. Artıq şəxslərə yox, bütöv xalqa ünvanlanan bu söyüşlərin, təhqirlərin sahibləri heç utanmadan xalqı "tülkü kimi qorxaq, it kimi yaltaq” adlandıracaq qədər irəli getməyə özlərində güc tapdılar. Üstəlik, bu sözlərin arxasında heç də xalqın güzəranına can yandıran birinin çabaları dayanmır. Xalqa təhqirin arxasında ancaq və ancaq Avropada yaşamaq istəyi, daha dəqiq desək, getdikləri ölkədə oturum almaq cəhdi dayanır ki, görünür, kimsə onları buna möhkəm inandırıb. 

Xüsusilə, Almaniyada (ona görə bu ölkə ki, Azərbaycandan mühacir adı ilə əsasən bu ölkəyə gedirlər-müəl.) müvəqqəti və ya daimi yaşamaq hüququ almaq üçün bəzi həmvətənlərimiz hər şeylərindən kecməyə hazırdırlar. Bura onlarda olmayan vətən sevgisi, millət təəssübündən tutmuş hər şeyi daxil etmək olar. Söyüş və təhqirlərin qarşılığını artıqlaması ilə almaq arzusuyla alışıb-yanırlar, çünki məhz bunun onlara Avropada oturum ala bilmək şansı qazandıracağına ümid edirlər. O başqa məsələdir ki, bu ümidi onlarda kim doğurub. Açıq yarış gedir, kimi vətənimizi, kimi milli mənsubiyyətimizi, kimi dinimizi, kimisi dövlət atributlarımızı, kimisi vətəndaşlarımızı, kimi bütöv xalqı təhqir edir, aşağılayır. Arxasında isə ancaq bir məqsəd dayanır - bu yolla müvəqqəti yaşamaq hüququ əldə etmək.

Onları inandırıblar ki, miqrasiya idarəsindən müsbət cavab almaq üçün yeganə yol budur. Görəsən, doğrudanmı Almaniyanın və ya başqa ölkələrin miqrasiya idarələrində bu Facebook statuslarına ciddi yanaşırlar? Bunun oturum oyunu olduğunu anlamayacaq qədər qeyri-peşəkar olurlar? Ən dəhşətlisi odur ki, vətənimizi və xalqımızı təhqir edənlər özləri səviyyəsindəkilər tərəfindən davamlı dəstək alır, üstəlik, bu dəstəkdən yararlanıb yaşamaq icazəsini daha da tezləşdirməyin yeni-yeni üsullarını tapırlar. Bu günlərdə Facebook-da bir status oxudum. Xalqı "tülkuyə, itə” bənzədən Qurban Məmmədov adlı profilin sahibinin kim olmasıyla maraqlandım. Məlum oldu ki, Almaniyada, Düsseldorfda yaşayır və bunu açıq qeyd edib. Böyük ehtimalla status almaq uğrunda mübarizəyə qoşulanlardan biridir və tək deyil. Qısa bir araşdırma o qədər maraqlı və artıq öyrəncəli olduğumuz faktları ortaya qoydu ki... 

İzlər Əli Kərimliyə aparır

İzlər yenidən və yendiən mühacir biznesinə aparır. O biznesə ki, "Yurd” sədri Əli Kərimlinin "krışalığı” ilə çiçəklənən dövrünü yaşayır. Biznesin o tərəfdəki ortaqları işlərini təhqir və söyüş üzərində, öz düşüncələrilə "möhkəm təməllər əsasında” qurublar. Bu dəfə də torlarına iki gənc düşüb. Hərimanov rayonunda hərbi qeydiyyatda olan Əhədov Ərşad Niyazı oglu və onun qardaşı Əhədov Əsgər Niyazi oğlu. Üstəlik himayədarları da var, ataları Niyazı Əhədov. Ona görə himayədar deyirik ki, 25.09. 1995-ci il təvəllüdlü oğlu Ərşadı və 30.10.1997-ci il təvəllüdlü Əsgəri hərbi xidmətdən yayındıraraq (bunun başqa adı fərarilikdir- müəl.) Almaniyada oturum almaq üçün ölkədən çıxarıb. Və dəstəyi kimdən alıb? Təbii ki, bu işdə peşəkar xidmət göstərənlərdən-mühacir biznesinin "söz sahibindən”, "Yurd” sədri Əli Kərimlidən. 23 və 21 yaşlı bu iki gəncin Azərbaycanda hansı siyasi fəaliyyətinin olduğunu kimsə bilmir, hər halda müxalif cameədə onları fəal mübariz kimi tanıyanın olacağını güman etmirik.

 

Amma buna baxmayaraq, Əli Kərimlidən aldıqları saxta sənədlərlə, daha dəqiq desək, dəstək məktubu ilə Amaniyada yaşamaq arzularını reallaşdıracaqlarını düşünürlər. "Yurd” üzvü olmasalar da, dəstək məktubunu məhz Əli Krimlidən almaqla "atlarını sağlam mıxa” bağlamağı düşünüblər. Daha doğrusu, məsləhət verənləri yaxşı olub. Arzuları Əli Kərimlidən üzvlüklə bağlı möhürlü arayış almaq olsa da, buna nail olmayıblar. Çünki onlara Əli Kərimlidə qanunsuz olaraq hələ də sədrliyinə iddia etdiyi AXCP-nin möhürünün olmadığı deyilib və buna görə də möhürlü arayış verilmədiiyndən dəstək məktubuyla kifayətlənməli olublar. Amma deyəsən, artıq Almaniyanın müxtəlif torpaqlarının miqrasiya idarələri bu dəstək məktublarından çox görüb, ona görə də hər iki gənci və onları vətənə hərbi xidmətdən yayındıran atalarının Azərbaycana, xalqını təhqir etdikləri vətənə qaytarılması gözlənilir. Təkrar-təkrar vurğulamaqda fayda var- biz heç kəsin istədiyi yerdə yaşamaq hüququnun məhdudlaşdırılmasını istəmirik və bunu istəmək kimi bir haqqımızın olduğunu da düşünmürük.

Amma hərbi xidmətdən övladlarını qəsdən yayındıran bir atanın bu vətəni doğrudan da sevdiyini düşünəcək qədər də sadəlövh deyilik. Əslində xalqı tülküyə, itə bənzədə biləcək qədər "cəsarət” sahibi olanların meydan sulamağa cəhd etdiyi bir zamanda başqa birinin də iki oğlunu vətəndən qaçırdığını düşünüb əslində onun torpağının 20 faizi işğal altında olan bir ölkəyə əsgər yetişdirə biləcəyini də gözləmirik. Amma vətənə nifrət bu qədərmi güclü oldu ki, onu bircə təlimatla təhqir edə biləcək birilərinə, yaxud övladlarını hərbi xidmətdən yayındırıb daha sonra "vətən uğrunda mübarizə” çevriləsən? Bu sualın cavabını onların özündən və təlimat sahiblərindən yaxşı bilən yoxdur.

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları