Yuxarı

AXCP-dən bəyanat: "Erməni terroruna "dur" deyək"

AXCP-dən bəyanat:

Xəbər verdiyimiz kimi, Tatarov Adil Əli oğlu mayın 20-də dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olub. 

Cebhe.info xəbər verir ki, bunla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının bütün üzvləri adından Şəhidimizin ailəsinə və yaxınlarına, eləcə də, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Biz Ermənistan rəhbərliyini Azərbaycana, Azərbaycan xalqına qarşı terror törətməkdən çəkinməyə, işğal etdikləri torpaqları azad etməyə çağırırıq. Və bütün dünyanı erməni terroruna dur deməyə səsləyirik.

Azərbaycan hökumətinindən də radikal qərarlar almağı, adekvat addımlar atmağı tələb edirik. Qarabağ sorunu artıq həllini tapmalıdır. İstər sülh, istər müharibə yoluyla. Nə olacaqsa, qısa zamanda olmalıdır. Xalqın artıq səbri qalmayıb.

Bütün dünya da onu bilsin ki, torpaq düşməndə, qan yerdə qalmayacaq, buna Azərbaycan xalqı icazə verməyəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları