Nəzakət Məmmədova:
"Məcburi köçkünlərin qaytarılması müqabilində
yaxşı heç nə gözləmirəm”
"ATƏT-in
Onun
sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin bəyanatlarında dəfələrlə vurğulanıb ki, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması planı bütün qaçqın və məcburi köçkünlərin əvvəlki
yaşayış yerinə qayıtmaq hüququnu nəzərdə
tutmalıdır.
Danışıqların
formatına gəldikdə isə, M.Zaxarova bildirib ki, bu sual tərəflərə
yönəldilməlidir: "Onlar iştirakçıların tərkibini müəyyənləşdirməli və razılaşdırmalıdır. Bildiyiniz kimi, indi danışıqlar prosesi Azərbaycan
və Ermənistan rəhbərlikləri səviyyəsindədir və iki paytaxt, iki dövlət arasında müvafiq razılaşmalar və ya hər hansı bir razılaşma əldə olunsa, biz öz tərəfimizdən bu
razılaşmaları dəstəkləyəcəyik. Təkrar edirəm,
iki dövlət arasında razılaşmaları”.
Mariya
Zaxarova azərbaycanlı məcburi
köçkünlərin öz yurdlarına qayıtmasının vacibliyini
qeyd etsə də, onun mexanizmini göstərməyib. Yəni Rusiya XİN-in sözçüsü Ermənistanın
işğal etdiyi əraziləri boaşlatmağın vacibliyindən söz açmayıb. Halbuki, Dağlıq Qarabağ probleminin həllinə dair
həm "Madrid prinsipləri” həm də Rusiyanın
vasitəçiliyi ilə qəbuil olunmuş "Kazan formulu” adlanan sənədlərdə
məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Ermənistan
qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ən
vacib şərtlərdən biri kimi qoyulur.
Politloq Nəzakət Məmmədova hesab edir ki, M.Zaxarovanın sözləri ilk baxışdan Azərbaycanın maraqlarına uyğun görünsə də əslində, Rusiyanın münaqişənin həllinə yanaşmasında təhlükəli planlarından xəbər verir:
"Zaxarovanın niyə
məhz məcburi köçkünlərin qayıtması məsələsini
qabartması diqqəti cəlb edir. Təbii ki, işğal
olunmuş ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan
qovulanlar ermənilər deyil, azərbaycanlı əhalidir.
Söhbət də münaqişənin həlli zamanı azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasından gedir. Ona görə də Zaxarovanın açıqlaması münaqişənin həlli istiqamətində ilk baxışdan müsbət jest kimi qəbul oluna bilər. Çünki yerli əhalinin
öz evlərinə dönməsi münaqişənin həlli perspektivindən xəbər verir. Amma ola
bilsin ki, Rusiya Dağlıq Qarabağada referendum keçirilməsi
məsələsinə görə bu məsələni qabardır. Sergey Lavrov da
Dağlıq Qarabağın yerli əhalisi arasında
referendumun keçirilməsinin vaciblyini demişdi. Ona görə
də Mariya Zaxarovanın fikirlərinin iki tərəfi
ola bilər. Yəni bir tərəfdən məcburi köçkünlərin qayıtması
barədə dedikləri ümidverici məqamlardır. Amma təhlükəli tərəfi ondan ibarətdir ki, məcburi
köçkünlərin qayıtmasından Rusiya Dağlıq Qarabağda
referendumun keçirilməsini legitimləşdirmək üçün istifadə
edə bilər. Dağlıq Qarabağda əhali nisbəti
azərbaycanlı icmasının xeyrinə deyil.
Referenduma qanuni don geyindirmək Rusiyanın
diplomatiyasında xüsusi yer tutur. Rusiya ən
qeyri-qanuni fəaliyyətinə də qanuni don geyindirməyə çalışır. ABŞ isə Rusiyadan fərqli olaraq, hüquqa deyil, öz
maraqlarına üstünlük verir. Rusiyanın Dağlıq Qarabağda
referendum keçirmək planı çox təhlükəlidir.
Əvvəla, bu referendumun harada keçiriləcəyinə aydınlıq
gətirilməlidir. Ermənilər referendumun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
inzibati ərazisində keçirilməsini istəyir. Ətraf rayonlara azərbaycanlı məcburi köçkünlərin qayıtması
müqabilində Dağlıq Qarabağada referendumun
keçirilməsi Dağlıq Qarabağın birbaşa itirilməsi
deməkdir. Çünki Dağlıq Qarabağda erməni icması sayca üstünlük təşkil edir. Referendum isə ətraf
rayonları əhatə etməyəcək. Belə olan təqdirdə,
ermənilər Dağlıq Qarabağın müstəqilliynə səs
verəcəklər ki, bu da Azərbaycan torpaqlarının
birdəfəlik itirilməsi və ona legitimlik donu geyindirilməsi
deməkdir. Məcburi köçkünlər istənilən halda qayıtmalıdır.
Amma Rusiya bunu nəyin müqabilində təklif edir? Mən bunun
qarşılığında yaxşı heç nə gözləmirəm”.
Xanım Zaxarovanın bəyanatında
digər ziddiyyətli məqam Azərbaycan və Ermənistan arasında keçirilən danışıqların format ilə
bağlı mübahisəli vəziyyətin yaranması ilə ilə bağlıdır. Xatırladaq ki,
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də İrəvana səfəri
zamanı Dağlıq Qarabağ ermənilərinin üçüncü
tərəf kimi danışıqlarda iştirakına dair Ermənistan rəhbərliyinin
şərtini dəstəkləyib. Mariya Zaxarova isə bu məsələnin Azərbaycan və Ermənistan
arasında razılaşdırılmalı olduğunu, Rusiyanın tərəflərin
gələ biləcəyi qərara dəstək verəcəyini iddia edir. Yəni Rusiya bu məsələdə
neytral mövqe sərgiləyirsə, o halda Sergey Lavrov Ermənistanda sözügedən bəyanatı verməməli idi. Əgər rəsmi Moskvanın
mövqeyində dəyişiklik etmək qərarına gəlibsə,
o halda, M.Zaxarova Rusiya XİN adından S.Lavrovun fikirlərini
təkzib etməlidir. Əks təqdirdə, XİN-nin sözçüsünün açıqlaması
Lavrovun qalmaqala səbəb olmuş məlum fikirlərini siyasi cəhətdən pərdələmək
cəhdi kimi başa düşülə bilər.
Nəzakət Məmmədova bildirdi ki, danışıqların format məsələsində Azərbaycan Ermənistana
güzəştə getməyəcək: "Dağlıq Qarabağdakı qondarma
rejimin üçüncü tərəf kimi danışıqlarda
iştirak etməsini təklif etsələr də Azərbaycan buna müqavimət göstərir.
Azərbaycanın həmin təklifi qəbul edəcəyi də inandırıcı görünmür. Sadəcə olaraq, Rusiya bu məsələdən istifadə
edib Azərbaycana təzyiq göstərir. Məqsəd Azərbaycanı təzyiq
altında saxlamaqla regionda vəziyyətə nəzarət
etməkdir”.
Müşfiq
Abdulla