Yuxarı

Trampa son zərbə hazırlanır

Trampa son zərbə hazırlanır

Elxan Şahinoğlu: "İmpicmentin baş tutacağı təqdirdə ABŞ qanunlarına görə, prezidentin səlahiyyətləri I vitse prezidentə ötürülməlidir”



ABŞ-da müxalif qüvvələr Prezident Donald Trampın impicmentinə nail olmaqda israrlı görünürlər. Baxmayaraq ki, parlamentin daha yüksək qurumu olan Senatda impicment təklifinin səs toplayacağı inandırıcı görünmür, demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında bu məsələnin gündəmdən çıxmasına imkan verilmir. Konqresin Nümayəndələr Palatasının Hüquq komitəsinin Demokrat Partiyasından olan üzvləri prezident Donald Trampın impiçmentinin konstitusiyaya əsaslanması ilə bağlı məruzəni açıqlayıblar.

Sənəddə qeyd edilir ki, ABŞ dövlətinin başçısı hakimiyyətdən sui-istifadə edir. Demokratların fikrincə, əcnəbilərlə əlaqələrə görə belə bir vəziyyət milli maraqlara xəyanətdir, həmçinin vəzifə mükəlləfiyyətlərini və ya seçki qanunlarını pozur. Onlar həmçinin hesab edirlər ki, ictimai etibardan istənilən sui-istifadə impiçment üçün əsasdır.

Qeyd edək ki, impicment prosedurunun kifayət qədər mürəkkəb olduğu bildirilir. Bunun Nümayəndələr Palatasının qəbul edilməsindən sonra Senatın, daha sonra isə məhkəmənin qərar verməsinə ehtiyac var. Maraqlıdır, əgər impicment məsələsi tələb olunan prosedurlardan keçərək, baş tutarsa, Donald Tramp seçkiyə qədər hakimiyyətdə qala biləcəkmi? Ölkə qanunvericiliyində bununla bağlı nələr nəzərdə tutulur? 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, rəqibləri Trampın mövqeyini tamamilə zəifltməyə çalışırlar: "ABŞ-da prezident seçkiləri gələn ilin noyabr ayında keçiriləcək. Seçkiyə bir ildən də az vaxt qalır. Bu müddətə qədər Demokratlar Partiyası

Trampın mövqeyini zəiflətməyə çalışır. Onların iki məqsədi var - ya impicment yolu ilə Trampı vəzifəsindən uzaqlaşdırmaq, ya da bu alınmasa, ona elə bir zərbə vurmaq ki,  seçkiyə qədər reytinqi azalsın. İmpicmentin həyata keçirilməsi bir qədər çətindir, çünki bu senatda da təsdiq olunmalıdır. Senatda Respublikaçılar üstünlük təşkil edir, Tramp da bu partiyanın namizədi sayılır. İmpicmentin həyata keçirilməsi baş tutmayacağı təqdirdə qalmaqalardan isttifadə olunacaq. Müxtəlif rəqəmlər, faktlar var. Amma Donald Tramp da əks-həmlələrlə

Demokratlara hücuma keçib. Məsələn, Demokratların ən şanslı namizədi hesab olunan Co Baydenə bağlı da qalmaqallar yaranır. Bu mənada hələ impicmentin baş tutub-tutmayacağı bəlli deyil”.

Politoloq deyir ki, ABŞ tarixində bir neçə dəfə impicment məsələsi gündəmə gəlib: "Amma bu təhlükəni görən prezidentlər impicmenti gözləmədən özləri istefa veriblər. Sonuncu dəfə 1974-cü ildə Riçard Nikson bir qalmaqla görə impicmenti gözləmədən özü istefa verib. Mən inanmıram ki, Tramp da Nikson kimi özü istefa versin”.

Elxan Şahinoğlu deyir ki, impicment mürəkkəb prosedurdur: "Belə bir ehtimal azdır ki, bu məsələ bütün prosedurlardan keçsin. Həm də Donlad Trampa qarşı ciddi arqumentlər də yoxdur. Bayden haqqında nəsə deməsi, Ukrayna prezidentinə təzyiq etməsi ilə bağlı məsələlər impicment üçün kifayət qədər əsaslı dəlillər deyil. Hesab edirəm ki, Donald Tramp müəyyən mərhələdə bu təhlükədən qurtula biləcək”.

Politoloqun sözlərinə görə, impicmentin baş tutacağı təqdirdə ABŞ qanunlarına görə, prezidentin səlahiyyətləri I vitse prezidentə ötürülməlidir: "Növbəti seçkiyə qədər ölkəni I vitse-prezident idarə etməlidir. Hadisələrin məhz bu istiqamətə inkişaf edəcəyini proqnozlaşdırmıram”.

Xatirə Nəsirova

 





Həftənin ən çox oxunanları